Icma.az
close
up
RU
Azərbaycan hava nəqliyatı üzrə də beynəlxalq mərkəzə cevriləcək ŞƏRH

Azərbaycan hava nəqliyatı üzrə də beynəlxalq mərkəzə cevriləcək ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edərək bu sahədə müşahidə edilən çətinliklərin səbəblərinə toxunub. Dövlət başçısı ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisinin ildən-ilə artdığını, son 30 il ərzində Azərbaycan əhalisinin 7 milyondan 10 milyona çatdığını, hətta o rəqəmi də ötdüyünü söyləyib. Vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmədiyini bildirib.

Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələrin icra edildiyini, yeni metro stansiyalarının istifadəyə verildiyini, yol qovşaqları, tunellər, körpülərin inşa edildiyini, yeni yolların salındığını söyləyən Dövlət başçısı vurğulayıb ki, əgər bu işlər görülməsəydi, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi.

Prezident İlham Əliyev çıxışında ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsinə diqqət çəkib. Ölkə başçısı vurğulayıb ki, Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazilərindən keçməsi istiqamətində göstərilən səylər, görülən proktiki işlər önəmlidir. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Dövlət başçısı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcminin ildən ilə artdığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.Onu da bildirib ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Azərbaycanın isə dünya okeanlarına çıxışı yoxdur. Amma buna baxmayaraq, görülən işlərin nəticəsində Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirib.Dövlət başçısı həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə əlavə tədbirlərin görüldüyünü bildirib. Bu dəhlizlərin aşırma qabiliyyətiniartırmaq üçün əlavə sərmayənin cəlb edildiyini və ediləcəyini vurğulayıb.

Prezident İlham Əliyev yeni layihələr arasında Azərbaycan tərəfindən irəli sürülən Zəngəzur Dəhlizindən də danışıb. Layihənin açılması üçün proktiki addımlar atdığımızı söyləyən Dövlət başçısı bu istiqamətdə Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə diqqət çəkib. Ermənistanın 10 noyabr kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdığını, müxtəlif bəhanələr gətirərək qeyri-real və cəfəng layihələr ortaya atdığını qeyd edib.“Onlar sadəcə olaraq, vaxt uzatmaqla, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur”, - deyə ölkə başçısı əlavə edib.

Bakı şəhərinin nəqliyyat infrastrukturundan danışan Prezident İlham Əliyev görülən işlərə nəzər salıb. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmiryolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin də Azərbaycanın təşəbbüsü ilə icra edildiyini deyən dövlət başçısı qeyd edib ki, həmin vaxt Amerika Birləşmiş Ştatları buna ehtiraz edirdi. Buna səbəb isə onların ermənipərəst siyasəti idi.

Dövlət başçısı çıxışında mövcud yolların reablitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt -Yalama dəmir yolunu da qeyd edib. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yəqin ki, yaxın zamanlarda tam istifadəyə veriləcək. Dövlət başçısı qeyd edib ki, İndi üzərində işlədiyimiz yol Ələt-Astara yolu, faktiki olaraq hamı bilir ki, bu yol var, amma nəzərə alsaq ki, gələcəkdə Şimal-Cənub dəhlizi üzrə yüklər kəskin artacaq, bu yolun da genişləndirilməsi gündəlikdədir və bu il artıq müəyyən vəsait də ayrılıb.

Prezident İlham Əliyev son 20 il ərzində inşa edilən hava limanlarına da toxunub.Dövlət başçısı qeyd edib ki, onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək.

Dövlət başçısı Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıdığını , bu Limanda yeni terminal kompleksinin inşasının gözlənildiyini bildirib.Prezident qeyd edib ki, Azərbaycan hava nəqliyatı üzrə də beynəlxalq mərkəzə cevriləcək. Hazırda Ələtdə böyük yük terminalının inşa edildiyini deyən ölkə başçısı onun yük qəbuletmə imkanlarının 1 mln ton olacağını vurğulayıb.

Prezident İlham Əliyev ictimai nəqliyyat məsələlərinə də toxunub. Qeyd edib ki, 2008- ci ildən bugünə qədər metronun 7 yeni stansiyasi tikilib və qəbul ediləcək Dövlət Proqraminda yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ildən başlayaraq elektrobusların yığım işlərinə də başlanacaq. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər.

Dövlət başçısı Gəmiqayırma zavodunun fəaliyyətindən də danışıb. Bildirib ki, hazırda 6 müxtəlif ölçülü gəmi inşa edilir. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə həyata keçirilən əsas nəqliyyat layihələrinə diqqət çəkərik bildirib ki, 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpüvə 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmiryolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmiryolunun 94 faizi inşa edilib.

Dövlət başçısı qeyd edib ki, ölkə üzrə o cümlədən işğaldan azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da davam edəcək. Hər şey plan üzrə gedir. Bu ilin investisiya proqramında da bu məqsədlər üçün lazımi vəsait ayırılıb.

Prezident İlham Əliyev bildirib ki, yeni Dövlət Proqramının qəbul edilməsi zəruridir. Bu, çox geniş və böyük maliyyə tutumlu proqram olacaq.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri