Icma.az
close
up
RU
Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm tranzit mərkəzə çevrilib ŞƏRH

Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm tranzit mərkəzə çevrilib ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan və Çin arasında diplomatik münasibətlər müasir beynəlxalq sistemdə qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri üzərində inkişaf edir. İkitərəfli əlaqələrin əsası enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı və texnologiya sahələrində atılmış mühüm addımlarla daha da möhkəmlənir. Xüsusilə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan Şərq ilə Qərbi birləşdirən mühüm tranzit mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan-Çin münasibətləri yalnız iqtisadi deyil, həm də siyasi müstəvidə strateji əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən deputat bildirib ki, Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdür və hər bir tərəfdaşla münasibətlərini qarşılıqlı fayda prinsipi əsasında qurur. Çinlə əməkdaşlığımız bu baxımdan xüsusi yer tutur. Sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatlı görüşdə Prezident İlham Əliyev Çin-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayan mühüm fikir söylədi: “Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı”.

Dövlətimizin başçısının bu sitatını Azərbaycanın regionda oynadığı geostrateji rola dair açıq mesaj kimi dəyərləndirən Səttar Möhbalıyev hesab edir ki, “hərtərəfli strateji tərəfdaşlıq” statusunun təsis edilməsi əlaqələrin ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq strateji blok səviyyəsinə keçirilməsinə şərait yaradır. Çin-Azərbaycan münasibətləri artıq yalnız iqtisadi deyil, həm də geosiyasi müstəvidə yenidən formalaşır, qlobal təşəbbüslərə qətiyyətli dəstək olur. Prezident İlham Əliyev çıxışında qeyd etdi: “Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq”. Bu, Azərbaycanın dünya siyasi sistemində çoxtərəfli diplomatik qurumlarla inteqrasiyasının göstəricisidir. Çıxışda qeyd olunan statistik göstəricilər isə daha böyük mətləblərdən xəbər verir: “2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb”.

Deputatın sözlərinə görə, artıq siyasi dairələr başa düşür ki, bu çıxışla Azərbaycan həm Çin, həm ŞƏT, həm də qlobal diplomatik platformalarla çoxtərəfli əməkdaşlığını gücləndirir. Bu strategiya ölkəmizin sabitlik, etibarlılıq və güc mərkəzi kimi imicini möhkəmləndirir. Prezident İlham Əliyevin çıxışı ilə qeyd edilən mesajlar Çinlə strateji tərəfdaşlığın yeni səviyyədə olduğunu, Azərbaycanın Qlobal təşəbbüslərə aktiv dəstək verdiyini, nəqliyyat-logistika infrastrukturu ilə Avrasiyada mövqeyini qoruduğunu, “Bir kəmər, bir yol”a əməli münasibətini və çoxistiqamətli diplomatik balansı çox aydın şəkildə göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri