Icma.az
close
up
RU
Azərbaycan HDQ komandanı Pakistanda səfərdə olub

Azərbaycan HDQ komandanı Pakistanda səfərdə olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 fevral, AZƏRTAC

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin HDQ komandanı admiral Navid Əşrəf ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlər abidəsinin önünə əklil qoyulub.

Görüşdə komandanlar hər iki ölkənin HDQ-ləri arasındakı əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin təcrübə mübadiləsi və hərbi dənizçilərin peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Sonra Pakistanın federal müdafiə naziri Asif Muhammed Xavaca ilə görüşən kontr-admiral Ş.Məmmədov qəbula görə təşəkkürünü bildirib. Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Azərbaycanla Pakistan arasında hərbi sahədə əlaqələrin vacibliyi qeyd olunan görüşdə qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə dair əminlik ifadə edilib.

Pakistan Donammasının Komandanı vitse-admiral Abdul Muniblə görüşdən sonra HDQ komandanı bu ölkədə təhsil alan hərbi qulluqçularımızı ziyarət edib, onların təhsilləri ilə maraqlanıb.

Səfər çərçivəsində kontr-admiral Ş.Məmmədov Pakistanın gəmi təmiri müəssisələrində yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, HDQ komandanının qardaş ölkəyə səfəri hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın, hərbi təhsil və hərbi-texniki məsələlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see238

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see231

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see228

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see227

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see220

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see218

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see215

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see199

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see194

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see191

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see187

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see182

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri