Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyətinin ölkəmizə səfəri davam edir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.
Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb.
Görüş zamanı qonaqlara qüvvələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Plana uyğun olaraq, HDQ-nin Dəniz Hərəkat Mərkəzində olan nümayəndə heyəti dənizdə baş verən fəaliyyətlərin monitorinqi, təhlükəsizlik tədbirləri, koordinasiyası və idarə olunması ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:270
Bu xəbər 24 İyun 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















