Icma.az
close
up
RU
Azərbaycan həmişə hamının lehinə olan əməkdaşlığın tərəfdarı olub SPİKER

Azərbaycan həmişə hamının lehinə olan əməkdaşlığın tərəfdarı olub SPİKER

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


İyunun 18-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyası keçirilib. Milli Məclisin spikeri, QDİƏTPA-nın sədri Sahibə Qafarova Assambleyada çıxış edib.
Newscenter.az xəbər verir ki, Azərbaycan parlamentinin sədri qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirərək, deyib ki, belə görüşlər xalqların bir-birinə daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir.
O, Azərbaycanın dövlət səviyyəsində dialoqa, dinc birgə yaşayışa və beynəlxalq əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyini bildirib. Onun sözlərinə görə, bu gün Bakı, ideyaların yarandığı, təcrübə mübadiləsinin aparıldığı, birlikdə regionumuzu yaxşılığa doğru dəyişə biləcək həll yollarının axtarıldığı yerə çevrilir.
Spiker Sahibə Qafarova xüsusilə qeyd edib ki, Azərbaycanın bu mühüm beynəlxalq forumu uğurla təşkili Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və strateji cəhətdən uğurlu siyasi kurs sayəsində mümkün olub. Vurğulanıb ki, məhz dövlət başçısının rəhbərliyi sayəsində Azərbaycan daxili sabitliyi qoruyub saxlaya bilib, ədaləti bərpa edib, davamlı inkişafı təmin edib, dinamik, özünəinamlı və nüfuzlu ölkəyə çevrilib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu gün həm müasir çağırışların öhdəsindən gələn, həm də regional və qlobal gündəmi fəal şəkildə formalaşdıran, sülh, inkişaf və bərabərhüquqlu əməkdaşlığı müdafiə və təşviq edən dövlətdir.
Spiker Sahibə Qafarova xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan yeganə ölkədir ki, işğal olunmuş torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, QDİƏT-in regionumuzdakı rolu həqiqətən unikaldır. Bu təşkilat Balkanlardan Qafqaza, Qara dənizdən Xəzər dənizinə qədər ölkələri birləşdirir. Onun sözlərinə görə, bu təkcə coğrafiya deyil. Bizi ümumi tarix, mədəniyyət, iqtisadi maraqlar, ən əsası isə sülh və inkişafa olan ümumi arzu birləşdirir.
Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələrin mühüm prinsiplərə - demokratiyaya, qarşılıqlı hörmət və etimada əsaslanacağına inamını ifadə edən Sahibə Qafarova deyib ki, qərarların söz olaraq qalmaması üçün lazımi işlər görülməli, konkret addımlar atılmalı, insanların həyatını dəyişəcək real təşəbbüslər irəli sürülməli, dialoq siyasətə, siyasət isə real fəaliyyətə çevrilməlidir. Azərbaycan parlamentinin spikeri parlamentlər arasında əməkdaşlığın gücləndiriliməsinin, davamlı inkişafa töhfə verəcək qanunvericilik aktlarının uyğunlaşdırılmasının təşviq edilməsinin və qanunun aliliyinin gücləndirilməsinin vacibliyini ifadə edib. Vurğulanıb ki, sözdən konkret səmərəli, şəffaf və uzunmüddətli əməkdaşlıq mexanizmlərinə keçilməli, davamlı inkişafa xüsusi diqqət yetirilməlidir. O, nəinki bu günün çağırışlarına cavab verəcək, həm də gələcəyə yol açacaq əməkdaşlıq mexanizmlərinin qurulmasının əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bugünkü qərarlar təkcə operativ deyil, həm də strateji xarakter daşımalıdır. Rəqəmsallaşma, innovasiya, yaşıl iqtisadiyyat - bütün bunlar bizim gündəmimizin əsas məsələləri olmalıdır. Spiker, həmçinin mədəniyyət sahəsində əməkdaşlığın önəminə toxunaraq deyib ki, mədəni əlaqələr insanlar arasında əsl körpüdür. Bunlarla yanaşı, tələbə mübadiləsi, birgə layihələr, tarixi irsin qorunub saxlanması xalqları daha da yaxınlaşdırır. Çünki mədəniyyət sərhədlərindən, baxışlarından asılı olmayaraq hər kəsin anlaşdığı dildir.
Çıxışda qeyd olunub ki, digər mühüm mövzu süni intellektdir. Bu, artıq iqtisadiyyata, təhsilə, səhiyyəyə və dövlət idarəçiliyinə təsir edir. Ona görə də ümumi etik və hüquqi bazanın işlənib hazırlanması, birgə tədqiqatları təşviq etmək və regionun bütün ölkələri üçün süni intellektə bərabər çıxışı təmin etmək üçün birlikdə işləmək lazımdır.
Sahibə Qafarova, həmçinin insan hüquqlarını qorumağın və xalqın təmsilçiliyinin əsas formalarından biri kimi parlamentarizmi təbliğ etməyin də əhəmiyyətini diqqətə çatdırıb. O, deyib ki, Assambleya regionda qanunun aliliyini, şəffaflığı və hesabatlılığı müdafiə etməli və göstərməlidir ki, parlament institutları həqiqətən də xalqın mənafeyi üçün çalışır.
Spiker Sahibə Qafarova bir daha qeyd edib ki, Azərbaycan həmişə hamının lehinə olan əməkdaşlıq və tərəfdaşlığın tərəfdarı olub. Ölkəmiz real və hərtərəfli uğur əldə etmək üçün öz təcrübəsini və imkanlarını bölüşür. Bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri və strateji boru kəmərləri regionun və onun sərhədlərindən kənarda enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. Bununla yanaşı, Milli Məclisin sədri diqqətə çatdırıb ki, nəqliyyat infrastrukturuna qoyulan böyük investisiyalar Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevirib, Orta Dəhliz boyunca Şərqlə Qərb arasında həyati və etibarlı əlaqəni təmin edib. Onun sözlərinə görə, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin inkişafı üzrə layihələr Xəzərin böyük yaşıl enerji ehtiyatlarının Avropaya ixracına imkan yaradacaq, ölkələrimizin yaşıl inkişaf gündəliyinə töhfə verəcək.
Baş Assambleya iştirakçılarının tədbir çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklərini bildirən Milli Məclisin sədri deyib ki, qonaqlar həmin ərazilərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalının dağıdıcı nəticələrini ilk baxışdan görə biləcəklər. Eyni zamanda, onlar bu ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin də şahidi olacaqlar. Spiker vurğulayıb ki, bu ərazilərin azad edilməsi ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə yanaşı, uzunmüddətli sülh və sabitlik üçün də əlverişli şərait yaradıb. Bu da öz növbəsində regionumuzda əməkdaşlıq üçün yeni və daha da yaxşı imkanlar yaradır. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamla baxır və ölkəmizin əldə etdiyi təcrübənin regionun ümumi rifahına töhfə verməsinə çalışır.
Sonda spiker Sahibə Qafarova bir daha QDİƏT PA-nın 65-ci sessiyasının əməkdaşlıqda yeni səhifə açacağına inamını ifadə edərək, tədbirin işinə uğurlar arzulayıb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri