Icma.az
close
up
RU
Spiker: Fforum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir mexanizminə çevriləcək

Spiker: Fforum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir mexanizminə çevriləcək

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 30-da və iyulun 1-də Özbəkistan Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək idi. Səfərdə 28 deputatımız, o cümlədən Milli Məclisin sədr müavini, 7 komitə sədri, 6 komitə sədrinin müavini və müxtəlif komitələrin 13 üzvü iştirak etmişdir. Deputatlardan 9 nəfəri qadınlar idi.
Qeyd edim ki, bu tədbir Milli Məclisin hər hansı digər ölkənin qanunvericilik orqanı ilə keçirdiyi ilk forum idi. Bu gün toplantının yekunlarını da nəzərə alaraq inamla söyləmək olar ki, forum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir mexanizminə çevriləcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu günkü iclasında çıxışı zamanı səsləndirib. Spiker deyib ki, iyulun 1-də Xivə şəhərində işə başlayan forumda “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusunda müzakirələr aparıldı. Hər iki ölkənin parlament sədrləri çıxış etdilər:
"Öz çıxışımda mən dost və qardaş ölkələr olan Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərinləşməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərini qeyd etdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkələrimizin hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etdiyini vurğuladım.
2024-cü ildə Azərbaycanla Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandıqdan sonra ölkələrimizin ikitərəfli münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirdim.
Qanunvericilik orqanları arasında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərimi bölüşdüm. Qeyd etdim ki, “Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş”in imzalanması, “Yol xəritələri”nin həyata keçirilməsi, habelə beynəlxalq parlament strukturlarında bir-birimizə davamlı qarşılıqlı dəstək göstərilməsi əlaqələrimizin yüksək səviyyəsini nümayiş etdirir.
Onu da deyim ki, hörmətli həmkarlar, forum çərçivəsində keçirilən 6 panel sessiyasında bir çox mühüm məsələlər ilə bağlı ətraflı müzakirələr aparıldı. Sessiyalarda 22 deputatımız fəal iştirak etdi. Müzakirələrdə 6 deputatımız moderatorluq etdi, 16 deputatımız isə fərqli mövzular üzrə çıxış etdilər. Forumun yekununda Xivə Bəyannaməsi qəbul olundu".
Sahibə Qafarova bildirib ki, Forum çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva ilə mənim görüşüm oldu:
"Görüşdə Azərbaycan ilə Özbəkistan arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olundu. Qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparıldı.
Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” imzalandı.
Forumun mühüm nəticələrindən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın Nizamnaməsinin imzalanması oldu.
Daimi fəaliyyət göstərən bu orqan ikitərəfli əməkdaşlıq gündəliyini daha səmərəli şəkildə həyata keçirməyə kömək göstərəcək.
Hər iki sənədi parlament sədrləri imzaladılar.
Azərbaycan və Özbəkistan parlamentlərinin sədrləri Parlamentlərarası Forumla bağlı yerli mətbuata bəyanatla çıxış etdilər. Aparılan müzakirələrin ikitərəfli əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərəcəyinə inam ifadə olundu.
Hesab edirəm ki, Özbəkistan Respublikasına işgüzar səfər uğurlu oldu. Bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyul 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri