Icma.az
close
up
RU
Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib ŞƏRH EDİLDİ

Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Hal-hazırda İran-Azərbaycan münasibətləri, əsasəndə İkinci Qarabağ müharibəsinin bitməsindən sonra xeyli inkişaf etməkdədir. Azərbaycan İranla qonşu dövlət olduğunu və Azərbaycan Prezidentinin, həmçinin dövlətin digər rəsmilərinin hər zaman qonşuluq münasibətlərinə üstünlük verdiyinin şahidi olmuşuq. Prezident İlham Əliyev hər zaman özünün qonşu dövlətlərlə bağlı çıxışı zamanı, o cümlədən İranla bağlı fikirlərini səsləndirərkən bərabərhüquqlu əməkdaşlığa, həmçinin normal qonşuluq siyasətinə üstünlük verdiyimizi dilə gətirib”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, bu məqamda həmişə vurğulanıb ki, Azərbaycan-İran dini, mədəni, tarixi və coğrafi dəyərləri bölüşdürən, eyni zamanda uzun müddət eyni dövlətin tərkibində olan xalqlar kimi Azərbaycan-İran xalqı bir-birinə qarşı daima hörmət, doğmalıq, həmçinin qonşuluq münasibətlərini sərgiləyiblər: "Bununla yanaşı nəzərə almaq lazımdır ki, İranda on milyonlarla Azərbaycan əsilli insanlar yaşayır. Bütün bu amillər bizi birləşdirən, bizi eyni mövqedən çıxış etməyə səsləyən amillərdir. İndiki mərhələdə biz qarşılıqlı təmasların və münasibətlərin şahidi oluruq. Novruz və Ramazan bayramlarında dövlət başçıları arasında təbriklərin səsləndirilməsi, eyni zamanda İranın yeni seçilən Prezidenti Məsud Pezeşkiyanın Azərbaycan Prezidentinə zəng etməsi, Pezeşkiyanın Azərbaycana səfəri ilə bağlı fikirləri səsləndirməsi, əslində bu münasibətlərin daha da inkişaf etdirmək niyyətindən xəbər verir".

Xəyal Bəşirov qeyd edir ki, Azərbaycan həmişə özünün qonşu dövlətləri ilə, o cümlədən İranla münasibətlərinin inkişafına üstünlük verib: "Biz həmişə regionda, o cümlədən qonşu dövlətlərdə sabitliyin, təhlükəsizliyin olmasından yana olmuşuq. Məhz ona görədir ki, İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev 3+3 formatını təklif edib. Regionda 3 dövləti və 3 qonşu dövləti, onlardan biri İran dövləti olubdur ki, biz 6-lıq formatında olan münasibətlərimizdə İranla əlaqələri yaxşılaşdırmağı açıq şəkildə bəyan etmişik. Biz qarşılıqlı şəkildə münasibətlərin inkişaf etdirilməsi ilə paralel olaraq, eyni zamanda ayrı-ayrı formatlarda münasibətlərimizin yaxşı olmasından yana olduğumuzu hər zaman qeyd etmişik. Mən düşünürəm ki. hazırkı mərhələdə İran-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf etməkdədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri