Icma.az
close
up
RU
Cavadov: Azərbaycan futbolunda həmişə legionerlərə üstünlük verilib

Cavadov: Azərbaycan futbolunda həmişə legionerlərə üstünlük verilib

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Gərgin oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Bu gün hakim "Kəpəz"in qalib gəlməsi üçün hər şeyi etdi. Bizim də fürsətlərimiz oldu, dəyərləndirə bilmədik. Necə olacağını deyə bilmərəm, amma, onu bilirəm ki rəhbərliyin hər bir qərarına hörmətlə yanaşacağam. Növbəti mövsüm də burada qalsam, mənim işim barədə nəsə deyə bilərsiniz".

QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 34-cü turunda "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

O, görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, komandasında bəzi futbolçuları dəyişmək istərdi: 

"Müasir futbolda qaçmasan, istəkli olmasan, qalib gəlmək mümkün deyil. Mənim də səhvlərim var. Amma bu komandanı mən qurmamışam. Qışdan sonra cəmi 3 transfer etdik. Mənim getməyim "Sumqayıt"a fayda verərsə, getməyə hazıram".

Mütəxəssis gənc oyunçulara şans vermək barədə belə deyib: "2006-2007 təvəllüdlü futbolçuları bizdən başqa hansı klub oynadır? Yetərli olsaydılar, əlbəttə, oynatmaq istəyərdim. 9-cu yerdə olmağımızın səbəbkarı yalnız Vaqif Cavadov deyil. Məndən əvvəl də komanda yaxşı oynamırdı. Hər situasiyaya hazıram. Əsas məsələ Premyer Liqada qalmaq idi, bunu da bacardıq. Azərbaycan futbolunda həmişə legionerlərə üstünlük verilib. Əcnəbi pulları qatlayıb öz evinə gedir". 

V.Cavadov mətbuatın ona qarşı olan münasibətindən də söz açıb: "Bəziləri yazır ki, Vaqif getsin, əcnəbi məşqçi gəlsin. Aleksey Baqa gəlmişdi də. Azərbaycanlıları sevmirsinizsə, əcnəbilər gəlsin. Legioner limiti də ləğv olundu".

O, komandada dəyişikliklə bağlı suala deyib ki, yerli futbolçuların 70 faizinin müqaviləsi mövsümün sonunda bitir. Daha sonra isə öz səhvlərindən danışıb: "Səhvlərimiz çoxdur. Amma mənim səhvlərimi bilmək üçün gərək PRO kateqoriyasını oxuyasınız".

Mütəxəssis hakimliklikdən narazı olduğunu da vurğulayıb: "Neftçi" ilə oyunda eyni epizodda bizə penalti verməmişdilər. Eyni situasiyada fərqli qərarlar verilir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 May 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see577

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see127

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see124

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see122

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri