Icma.az
close
up
RU
Azərbaycan hər hansı bir təxribatın qarşısını qətiyyətlə alacaq Deputat

Azərbaycan hər hansı bir təxribatın qarşısını qətiyyətlə alacaq Deputat

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Prezident İlham Əliyev 7 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsində həm ölkə daxili, həm də beynəlxalq məsələlərə dair mühüm açıqlamalar verib. Müsahibənin əsas mövzularından biri ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi etməsi və bu mötəbər tədbirin nəticələri ilə bağlı olub".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputatın sözlərinə görə, COP29 Azərbaycanın qlobal arenada həm ekoloji, həm də təşkilati imkanlarını nümayiş etdirmək üçün unikal fürsət oldu:

"Dövlətimizin başçısı ötən ilin noyabr ayında Bakı şəhərində keçirilən COP29-un təşkilində Azərbaycanın əldə etdiyi böyük uğurları vurğulayıb. Onun sözlərinə görə, bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi: “Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Mənim görüşdüyüm və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır”. COP29 Azərbaycanın qlobal arenada həm ekoloji, həm də təşkilati imkanlarını nümayiş etdirmək üçün unikal fürsət oldu. Bu konfrans ölkəmizin beynəlxalq imicini gücləndirməklə yanaşı, dövlətimizə qarşı mövcud olan dezinformasiyaları aradan qaldırmağa da töhfə verdi. Ölkəyə ilk dəfə gələn qonaqların Bakının gözəlliyi, yerli cəmiyyətin fəallığı və peşəkarlığı ilə bağlı müsbət təəssüratları Azərbaycanın reallığını daha geniş auditoriyaya tanıtdı. Bu, həmçinin, Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi etmə bacarığının və yüksək təşkilati səviyyəsinin göstəricisi kimi diqqət çəkir. Dünyanın ən nüfuzlu tədbiri olan COP29-un uğurla təşkil olunması Azərbaycanın yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və ictimai sahədə nüfuzunu artırdı.

Həmin konfransın əsas müzakirə mövzularından biri qlobal iqlim dəyişikliyinin qarşısını almaq və bu məqsədlə maliyyələşmə məsələləri idi. COP29-da əldə edilən tarixi uğurlardan biri də İqlim üzrə Paris Sazişinin 6-cı maddəsinin tam razılaşdırılması oldu. 10 ilə yaxın müddətdə həmin maddə üzrə aparılan danışıqlar heç bir nəticə vermirdi və bu da iqlim dəyişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə mane olurdu. COP29 Sədrliyinin həmin Sazişin 6-cı maddəsi üzrə yekun qərarlar qəbul etməsi dünya dövlətlərinin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksək keyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir. Həmçinin, COP29-da ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan Sazişin yekun variantı təsdiq edildi. Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq. Bu faktorlar qlobal yaşıl keçid prosesində böyük bir nailiyyət kimi mühüm rol oynayacaq.

Sözügedən müsahibədə Azərbaycanın 19 dekabr 2024-cü il tarixində D-8 Təşkilatına üzv qəbul edilməsinin əhəmiyyəti də vurğulanmışdır. D-8 1997-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılan və iqtisadi əməkdaşlığı gücləndirməyi hədəfləyən bir təşkilatdır. Azərbaycanın bu təşkilata üzv qəbul edilməsi, xüsusilə İslam dünyasında dövlətimizin güclü mövqeyini göstərən mühüm bir addım olmuşdur. D-8-in məqsədi üzv dövlətlər arasında iqtisadi əlaqələri genişlənirmək və bu ölkələrin ümumi iqtisadi gücünü artırmaqdır. Təşkilata daxil olan ölkələrin əhalisinin sayı və ümumi daxili məhsulunun yüksək olması Azərbaycanın bu dövlətlərlə olan iqtisadi əlaqələrinin potensialını artırır. Sözügedən amillər Azərbaycanın qlobal iqtisadiyyatda daha fəal və strateji rol oynamasına şərait yaradır, eyni zamanda, D-8-ə üzvlük dövlətimizin beynəlxalq aləmdəki siyasi nüfuzunu artırır.

Prezident İlham Əliyev müsahibəsində, həmçinin Azərbaycanın təhlükəsizlik və hərbi məsələlərə ayrılan büdcə vəsaitləri barədə fikirlərini bildirib. Dövlət başçısı qeyd edib: “Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz...”.

Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsinin təhlükəsizlik və müdafiə sahəsinə ayrılması ölkənin həm daxili, həm də xarici təhdidlərə qarşı hazırlığını nümayiş etdirir. Həmçinin, Ermənistanın hərbi gücünü artırması ilə bağlı yeni təhdidlərə qarşı Azərbaycan bu məsələdə sərt mövqe tutaraq hər hansı bir təxribatın qarşısını qətiyyətlə alacaq. Dövlətimiz bu istiqamətdə hərbi-texniki potensialını gücləndirmək üçün müasir texnologiyalar və strateji tərəfdaşlıqlardan faydalanır. Ölkənin müdafiə sənayesinin inkişafı, xüsusilə yerli istehsalın artırılması təhlükəsizlik sahəsində dayanıqlılığı təmin edir. Bundan əlavə, regional sabitlik və təhlükəsizlik üçün Azərbaycan beynəlxalq əməkdaşlığı genişləndirməkdə davam edir.

Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın beynəlxalq aləmdəki rolunun artdığını, qlobal məsələlərdə fəal iştirak etdiyini və regional təhlükəsizlik məsələlərinə böyük diqqət ayırdığını bir daha göstərdi. COP29-da əldə edilən uğurlar, D-8 təşkilatına üzv qəbul olunması və Ermənistanın təxribatlarına qarşı sərt mövqe Azərbaycanın güclənən dövlət olaraq beynəlxalq mövqeyini nümayiş etdirən mühüm addımlardır.  Bütün bu uğurlar Azərbaycanın həm qlobal, həm də regional səviyyədə etibarlı tərəfdaş və güclü dövlət kimi mövqeyini bir daha təsdiqləyir".  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri