Icma.az
close
up
RU
“Azərbaycan Ermənistan və müttəfiqlərinin bütün təxribatlarının qarşısını almağa qadirdir” deputat

“Azərbaycan Ermənistan və müttəfiqlərinin bütün təxribatlarının qarşısını almağa qadirdir” deputat

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Cənab Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyovla müsahibəsində həm Azərbaycanla Rusiya münasibətlərinə, həm də Azərbaycanla Ermənistan münasibətlərinə geniş şərh verib. Demək olar ki, son 4 ildə dünya sözün əsl mənasında dəyişib, qlobal siyasətdə ciddi qütbləşmələr gedir. Hətta deyərdim ki, bu son illərin qlobal siyasi mənzərəsini təhlil edərkən biz soyuq müharibənin növbəti təzahürünü görərik”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanla Rusiya arasındakı münasibətlər müttəfiqlik xarakterini təsdiqləyərək ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarında uğurla irəliləyir: “Müsahibə zamanı ölkə başçısı Ermənistanın Cənubi Qafqaz üçün təhlükə mənbəyi olmağından da danışıb. Cənab Prezidentin də qeyd etdiyi kimi Ermənistan dayanmadan silahlandırılır. Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı ordusunda silah-sursat və hərbi texnikanın təxminən 70%-i məhv edilib. Belə bir vəziyyətdə Ermənistanın Ordu quruculuğu sahəsində yenidən dirçəlməsi üçün uzun illər lazımdır. Amma görünən ondan ibarətdir ki, Qərb, Hindistan, Fransa Ermənistanı belə sürətli şəkildə silahlandırmaqla onu yeni müharibəyə təhrik edirlər. Ermənistana verilən silahlar əlbəttə ki, Azərbaycana qarşı istifadə edilməsi üçün verilir. Əgər silahlanma bu cür davam edərsə, yeni müharibənin baş verməsi qaçılmaz ola bilər. Ermənistan görsə ki, yetərincə silahlanıb, yenidən təxribata əl ata bilər”.

M.Cəfərov vurğulayıb ki, Ermənistanın Hindistandan silah alan ilk ölkələrdən olduğu bəllidir: “Əgər bir neçə il bundan əvvəl Ermənistan və ona silah tədarük edən ölkələrin hərbi siyasi rəhbərlikləri açıqlamalarında Ermənistana ötürülən silahların müdafiə xarakterli olduğunu deyərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdılarsa, indi açıq aşkar media vasitəsilə Ermənistana tədarük edilən silahların gücü barədə təhdidvari məlumatlar ötürürlər. Doğrudur, bütün hallarda Azərbaycan hələ də sülhə çağırış edir, amma Ermənistan və müttəfiqlərinin bütün təxribatlarının qarşısını almağa da qadirdir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri