Icma.az
close
up
RU
“Azərbaycan hər zaman bizim yanımızda olub İbrahim Beşinci

“Azərbaycan hər zaman bizim yanımızda olub İbrahim Beşinci

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Türkiyə və Azərbaycan arasında ortaq layihə həyata keçirəcəyik". SİA xəbər verir ki, bu sözləri Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci Bakıda media nümayəndələri ilə görüşündə səsləndirib.

O bildirib ki, TÜGVA artıq 11 ildir fəaliyyət göstərir: “Fəaliyyətimizin əsas məqsədi yeniyetmələri düşərgələr, gəncləri isə təqaüdlərlə dəstəkləməkdir. Hədəfimiz yalnız Türkiyə ilə məhdudlaşmır, Azərbaycan başda olmaqla, digər ölkələrdə də fəaliyyət göstərmək niyyətindəyik".

İbrahim Beşinci qeyd edib ki, Azərbaycan Gənclər Fondu ilə görüş zamanı təhsil, könüllülük, startap və innovasiya sahələrində birgə əməkdaşlıq imkanları müzakirə olunub: “Ortaq layihənin həyata keçirilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə rəsmi məlumat veriləcək. Müraciətlərin həm Türkiyədə, həm də Azərbaycanda qəbul ediləcəyi, proqramın isə iyul ayının ortalarında həyata keçiriləcəyi gözlənilir. İlkin mərhələdə Azərbaycandan təxminən 50 yeniyetmə iştirak edəcək.

Proqramla bağlı məlumatlar həm TÜGVA-nın, həm də Azərbaycan Gənclər Fondunun rəsmi sosial media hesablarında paylaşılacaq. Layihənin ilk mərhələsi düşərgə olacaq. Bu prosesi sadəcə başlanğıc kimi dəyərləndiririk. Gələcəkdə təhsil sahəsində də əməkdaşlığı davam etdirməyi planlaşdırırıq. Tələbələrimizin təqaüd və yataqxana ilə təmin olunmasına dəstək vermək niyyətindəyik. Bu cür səfərlər iki qardaş ölkənin gəncləri arasında həmrəyliyi daha da gücləndirəcək və yeni ortaq təşəbbüslərə zəmin yaradacaq".

TÜGVA rəhbəri Azərbaycanla bağlı xüsusi rəğbətini də ifadə edib: “Azərbaycan hər zaman bizim yanımızda olub. Bu gün Kahramanmaraşda Azərbaycan tərəfindən inşa edilən yeni bir məhəllənin açılışı olacaq. Həmin məhəllə yüksək estetik və funksional səviyyədə olan Azərbaycan memarlığı ilə inşa edilib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri