Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Azərbaycan “İbrahim Sazişləri”nə qoşulur?

Azərbaycan “İbrahim Sazişləri”nə qoşulur?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp daha çox ölkənin İsraillə bir sıra ərəb dövlətləri arasında münasibətlərini normallaşdıran “İbrahim Sazişləri”nə qoşulacağını deyib. 

“Reuters”-in məlumatına görə, Tramp daha çox ölkənin “İbrahim Sazişləri”nə qoşulmaq istədiyini bildirib. 

Qəzzadakı müharibə səbəbindən səudiyyəlilərin İsraillə bağlı ehtiyatları olsa da, Ağ Ev Səudiyyə Ərəbistanını müqavilənin mümkün iştirakçısı kimi göstərib. Qeyd edək ki, İbrahim Sazişinə qoşulacaq dövlətlər arasında Azərbaycanın da olacağına dair məlumatlar var. Martın 9-da ABŞ yəhudi icmasının 50-dən çox ravvini İbrahim razılaşmalarının genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət edib. Ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil olunmasını xahiş ediblər. 

Xatırladaq ki, İbrahim razılaşmaları İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur. 2020-ci ildə Trampın əvvəlki prezidentlik dövründə imzalanmış bu sənəd İsrail ilə BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılması məqsədi daşıyır. Daha sonra Sudan və Mərakeş İsraillə münasibətlərin normallaşdığını elan ediblər. Bu müqavilələrdən əvvəl yəhudi dövlətinin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri var idi. 

Azərbaycan, Qazaxıstan və Özbəkistanın “İbrahim Sazişləri”nə qoşulacağına dair İsrailin Xarici İşlər Naziriliyi də məlumat yaymışdı. İndi isə ABŞ Prezidentinin açıqlaması bu qənaəti daha da möhkəmlədir. 

Millət vəkili Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yeni dövlətlərin, o cümlədən Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması Orta Asiyadan Yaxın Şərqə qədər sülhün tımin olunmasına və iqtisadi inkişafa yol aça bilər. 

“Müsəlman şərqində sabitliyin və inkişafın yolu sülhdən keçir. Bu coğrafiyada sülhün yaranmasında İbrahim fəlsəfəsi mühüm rol oynaya bilər. Hər üç səmavi dinin beşiyi olan Yaxın Şərq İbrahim fəlsəfəsinə söykənir. Ona görə də bugünkü münaqişələrin, qarşıdurmaların önünü kəsəcək yeganə ideya üç səmavi dinin qəbul etdiyi İbrahimi dəyərlərdən keçir. Bu baxımdan, həm ərəb dünyasının, həm də türk dünyasının müsəlman ölkələri ilə İsrailin barışığı yeni dünya nizamı üçün aktual məsələdir. Nəticə etibarı ilə bu cür yanaşma həm həm müsəlman şərqinə, həm Orta Asiyaya, həm də İsrailə sülh gətirəcək. 

Çünki ərəblər, suriyalılar, arameylər kimi, İsrail oğulları da şərq coğrafiyasına aid bir xalqdır. Belə olan halda, bu mənsubluğu gücləndirmək və ortaq dəyərlərə söykənməklə uzunmüddətli sabitlik qurmaq mümkündür. Azərbaycana və Orta Asiyaya gəldikdə, bu da əhəmiyyətli məsələdir. 

Orta Asiyaya gedən yol Azərbaycandan keçdiyinə görə Azərbaycan-İsrail münasibətləri həmin region üçün cazibə mərkəzinə çevrilir. Azərbaycan-İsrail strateji tərəfdaşlığı bu mənada çoxsaylı dövlətlərə nümunə ola bilər. Bunun memarı da Azərbaycanın sülh siyasəti və Azərbaycan-İsrail münasibətlərinin ortaq təmaslarımız və ortaq strateji məqamlara söykənməsidir. 

Bu sazişiə qoşulmaq Azərbaycanın və İsrailin yerləşdiyi coğrafiyanın resurslarının sülh, iqtisadi inkişaf üçün səfərbər olunması demək olacaq. Eyni zamanda, dünya üçün yeni, təhlükəsiz kommunikasiyanın açılmasına gətirib çıxaracaq. Üçüncüsü, müasir həbi texnologiyaların tətbiqi baxımından öndə olan İsrail bu innovativ nailiyyətləri müsəlman Şərqi və Orta Asiya ilə paylaşacaq. Beləliklə, yeni dünya nizamı kontekstində yeni bir güc mərkəzi meydana çıxacaq. 

Burada Azərbaycanın həm coğrafi baxımdan mərkəz kimi, həmçinin Azərbaycan-İsrail münasibətlərinin dərinliyi mühüm hadisə kimi önə çıxacaq. Azərbaycan iqtisadi əməkdaşlıq kontekstində və coğrafiyanın resurslarının paylaşılması istiqamətində real addımlar atıb. Aralıq dənizində İsrailə məxsus neft-qaz yataqlarında Azərbaycanın müvafiq strukturları axtarış-qazma işlərinə başlamaq barədə razılaşma əldə edilib. Ona görə də hesab edirəm ki, “İbrahim Sazişləri” həm müsəlman şərqinin, həm də Orta Asiya xalqlarının İsraillə münasibətlərində ortaq gələcəklərini inşa etmək, eləcə də sülhü qorumaq baxımından mühüm əhəmiyyət kəsb edir”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan “İbrahim Sazişləri” Tramp Hikmət Babaoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:497
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri