Icma.az
close
up
RU
Azərbaycan HHQ komandanı Çində keçirilən beynəlxalq sərgidə iştirak edib AzPolitika onlayn siyasiictimai qəzet

Azərbaycan HHQ komandanı Çində keçirilən beynəlxalq sərgidə iştirak edib AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Cuhai şəhərində keçirilən 15-ci Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Dünyanın 100-dən çox ölkəsinin Hərbi Hava Qüvvələri (HHQ) komandanları və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi sərgi zamanı general-leytenant N.İslamzadə Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri komandanı general-polkovnik Çan Dinqyu ilə görüşüb. Görüşdə Azərbaycan və Çin HHQ arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. General-leytenant N.İslamzadə sərgiyə dəvətə görə çinli həmkarına minnətdarlığını bildirib. Çinə işgüzar səfər çərçivəsində Belarus və İran HHQ komandanları, Rusiya Federasiyasının HHQ komandanının müavini, həmçinin Çinin Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilib. Keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, beynəlxalq sərgidə Çin Müdafiə Sənayesi Korporasiyalarının ümumilikdə 260 növ döyüş təyyarəsi, helikopter, pilotsuz uçuş aparatı, HQ-9BE zenit-raket kompleksi, YJ-12E markalı gəmi əleyhinə qanadlı hipersonik raketlər, dron əleyhinə sistemlər, texnikalar və digər avadanlıqlar nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see190

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see153

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see128

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see126

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri