Icma.az
close
up
RU
AŞPA nın Azərbaycana qərəzi niyə bitmir?

AŞPA nın Azərbaycana qərəzi niyə bitmir?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Şurası Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. 

Son 25 ildə, yəni Avropa Şurasına üzv olduqdan sonra Azərbaycanafobiya bu qurumun sanki fəaliyyət prinsipinə çevrilib. Avropa Şurası Parlament Assambleyasının 2026-cı ilin qış sessiyasında Azərbaycan əleyhinə qətnamə qəbul etməsi insan haqlarından, beynəlxalq hüquqdan dəm vuran təşkilatın köhnəlmiş narrativlərdən kənara çıxa bilmədiyini göstərir. 

Müxtəlif lobbi qruplarının siyasi “oyun” meydançasına çevrilmiş Avropa Şurası bu səbəbdən Azərbaycana münasibətdə köhnə streotiplərdən xilas ola bilmir. Təbii ki, AŞ PA-nın qətnaməsi tövsiyə xarakteri daşıyır və Azərbaycan üçün hüquqi öhdəlik yaratmır. 

Lakin qətnamədə yer alan bəzi çağırışlar Azərbaycanın daxili işlərinə açıq-aydın müdaxilədir. Sənədin məzmunu onun erməni lobbisinin təsiri altında yazıldığını təsdiq edir. AŞ PA Azərbaycandan Bakıda həbsdə olan 23 erməni məhbusu azadlığa buraxmağı tələb edir. Əvvəla, Azərbaycanda həbsdə olan erməni məhbusların sayının 23 nəfər olması faktı öz təsdiqini tapmayıb. 

Bu, Ermənistan hüquq-mühafizə orqanlarının və erməni diasporunun bütün beynəlxalq təşkilatlara yaydığı iddiadır.  ABŞ-də və Avropadakı erməni lobbisi də bu rəqəmlə maniulyasiya edərək müxtəlif şəkildə mənfəət əldə etməyə çalışırlar. 

Elə məhbusların sayının 23 nəfər göstərilməsi qətnamənin mətninin erməni dairələri tərəfindən yazıldığını göstərir. Guya Azərbaycanda məhbuslara işgəncə verilməsi, beynəlxalq hüququn pozulması, insanların təqib olunması barədə qərəzli ifadələr də sözügedən qarayaxma kampaniyasının tərkib hissəsidir. 

Məlum olduğu kimi, bu yaxınlarda qarşılıqlı razılaşmaya əsasən Azərbaycan tərəfi humanizm prinsiplərindən çıxış edərək 4 erməni məhbusu Ermənistana təhvil verib. Bu halda onların sayı 23 nəfər deyil, azalmalı idi. Ancaq AŞ PA-nın bunu nəzərə almaması qətnamənin məzmunca yanlış və əsassız olduğunu bir daha nümayiş etdirir. 

İkincisi, erməni məhbusların azad edilib-edilməməsi Azərbaycanın daxili işidir. Qarabağda ləğv edilmiş qondarma rejimin keçmiş rəhbərləri və Azərbaycana qarşı işğalçılıq müharibəsində onlarla əlbir olan dəstə üzvlərinin məhkəmə prosesində hərbi cinayət törətdikləri sübuta yetirilib. 

Onların Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə, terrorçuluq, dövlətin ərazi bütövlüyünə və suverenliyinə qəsd, qanunsuz silahlı dəstələr yaratmaq kimi ağır cinayətlər törədiblər. Lakin AŞ PA nədənsə bu faktları görməzdən gəlib. 

İstər işğal dövründə, istərsə də indi AŞ PA daim müharibə cinayətkarlarının “hüquqları”nı müdafiə edib. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra hələ də həmin ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır. Amma AŞ PA-nın qətnaməsində bu faktlar yer almayıb. 

Belə əməllərə yol verən canilərin azadlığa buraxılmasını tələb etmək Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Humanizm prinsiplərini, məhbusun səhhətini nəzərə alaraq onu azad edib-etməmək Azərbaycan dövlətinin məxsusi səlahiyyətilərinə aiddir.

AŞ PA dövlətin işlərinə müdaxilə edə bilməz. AŞ PA-nın erməni məhbuslar məsələsini gündəmə gətirməsi Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağa xidmət edir. Artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflanıb, kommunikasiyaların açılması istiqamətində işlərə başlanılıb, iki ölkə arasında tranzit qadağaları ləğv edilib və ticarət əlaqələri yaranıb. 

Nəticədə, tərəflər yekun sülh müqaviləsinə xeyli yaxınlaşıb. Görünür, bu vəziyyət AŞ PA-nı Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməyə çalışan erməni diasporu və onların lobbi qruplarının maraqlarına cavab vermir. 

Ona görə də Azərbaycana qarşı bu cür təxribatlar törətməklə prosesi pozmağa, Ermənistan cəmiyyətində sülhə inamsızlıq yaratmağa çalışırlar. 

Lakin postmünaqişə dövründə sülh ixrac edən ölkə kimi beynəlxalq platformalara dəvət edilən Azərbaycanı bir qətnamə ilə gözdən salmaq mənasız səylərdir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: AŞPA Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see437

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see215

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see199

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see198

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see183

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see181

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see180

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see176

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see175

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see175

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see174

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see173

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see171

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see170

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see168

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see165

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see162

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see161

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri