Azərbaycan İdman Akademiyası liqanın qalibi olub FOTO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
E-sport üzrə Azərbaycan Universitet Liqasına final mərhələsində keçirilən iki oyunla yekunlaşıb.
İdman.biz xəbər verir ki, ümumilikdə 18 ali təhsil müəssisəsindən 53 komandanın (32-si “Counter Strike 2”, 21-i “Valorant”) iştirak etdiyi liqanın finalında gərgin mübarizə yaşanıb.
“Counter Strike 2” üzrə finalda Azərbaycan İdman Akademiyası (AİA) ilə ADA Universiteti qarşılaşıb. Alik İsmayılov, Ülvi Ağayev, Həsən Allahverdiyev, Rüfət Qocazadə və Saleh Məmmədovdan ibarət AİA-nın komandası rəqiblərinə üstün gələrək birinci yerə layiq görülüb.
“Valorant” üzrə isə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Azərbaycan Texniki Universiteti (ATU) üz-üzə gəlib. Rüfət Əmrahlı, Emin Usubov, Səbuhi Namazov, Cəbrayıl Atakişiyev və Məryəm Ələkbərovadan ibarət ATU-nun komandası qalib olub.
Liqanın keçirilməsində məqsəd gənclərin sürətli reaksiya və qərarvermə bacarıqlarını, komanda ilə işləmə qabiliyyətini inkişaf etdirməklə yanaşı, onların liderlik və idarəetmə bacarıqlarının formalaşmasına töhfə verməkdir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 May 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















