Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Əvvəlcə Azərbaycan İdman Akademiyasının məşqçilik ixtisası üzrə ingilis bölməsi haqqında məlumat verilib. Sonra XVII Yay Paralimpiya Oyunlarının hesabatı, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın, Azərbaycan Taekvondo Federasiyasının, eləcə də Heydər Əliyev adına İdman-Konsert Kompleksinin təqdimatı dinlənilib. İdman yarışlarının canlı yayım və marketinq məsələləri haqqında məlumat verilib.
Tədbirdə, həmçinin “İdman Paytaxtı”nın təqdimatı, Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında Azərbaycan idmançılarının çıxışları barədə məlumat verilib, idman federasiyalarının sosial media hesabatı müzakirə edilib, idman psixologiyası ilə bağlı layihə və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















