İdman Akademiyasında görüş
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan İdman Akademiyasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqlar MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasının fəaliyyəti ilə tanış olub. Nümayəndə heyətinə Akademiyada yaradılmış müasir tədris və elmi-tədqiqat infrastrukturu haqqında ətraflı məlumat verilib.
Görüşdə akademiyanın rektoru Fuad Hacıyev ASA-nın tarixi, elmi-tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə danışaraq bildirib ki, tədris müəssisəsində ABŞ-ın aparıcı ali təhsil qurumları ilə akademik əlaqələrin genişləndirilməsində və uzunmüddətli tərəfdaşlığın qurulmasında maraqlıdır.
Emi Karlon isə elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
ASA ilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihə və tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq layihələrin birgə icrası istiqamətində fikir mübadiləsi aparıblar.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















