Icma.az
close
up
RU
Azərbaycan idmançılarının 2024cü ildə qazandıqları medal sayı açıqlanıb AZƏRTAC

Azərbaycan idmançılarının 2024cü ildə qazandıqları medal sayı açıqlanıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan idmançıları 2024-cü ildə Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medallardır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışlarında iştirakı təmin edilib.

Multi-idman yarışları

Fransanın paytaxtında keçirilmiş Paris-2024 Yay Olimpiya Oyunlarında 48 Azərbaycan idmançısı 15 idman növündə 17 proqram üzrə yarışıb. Azərbaycan 2 qızıl, 2 gümüş, 3 bürünc medalla 204 ölkə arasında 30-cu olmaqla yeni Olimpiya rekordumuza nail olub. Ölkəmiz Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında 3-cü yeri tutub.

Azərbaycan Milli Paralimpiya komandası Fransanın Paris şəhərində keçirilmiş XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olunub. Ölkəmiz bu Paralimpiya Oyunlarında 11 medal (4 qızıl, 2 gümüş və 5 bürünc) qazanıb.

Ölkəmiz Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games” beynəlxalq multi-idman oyunları, Saxa Respublikasının Yakutsk şəhərində "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunları, Bəhreyndə Beynəlxalq Gimnaziada İdman Oyunları, Moskvada I dünya korporativ oyunları, Qazaxıstanda V Dünya Köçəri Oyunları, Macarıstanda tələbələrin Avropa Universitet Oyunları və digər multi-idman yarışlarında uğurla təmsil olunub.

Azərbaycanda beynəlxalq yarışlar

2024-cü il Azərbaycan daha bir nüfuzlu beynəlxalq yarışların məkanı olub. İl ərzində Bakı şəhəri çövkən üzrə dünya çempionatına, “TeamGym” üzrə Avropa çempionatına, atıcılıq üzrə Dünya Kubokuna, bədii gimnastika üzrə Avropa Kubokuna, cüdo üzrə Böyük Dəbilqə turnirinə, güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə, şahmat üzrə "Baku Open 2024" beynəlxalq festivalına, güləş üzrə U-23 Avropa çempionatına, Formula 1 Azərbaycan Qran-Prisinə və digər yarışlara ev sahibliyi edib.

Təkcə paytaxtda deyil, regionlarda, eləcə də işğaldan azad edilmiş şəhərlərdə də beynəlxalq yarışlar təşkil olunub. Xankəndi şəhərində Xankəndi – Bakı ultramarafonu, Şuşa şəhərində "Vüqar Həşimov Memorialı-2024" beynəlxalq şahmat turniri, Füzuli və Mingəçevir şəhərlərində Beynəlxalq Avarçəkmə reqatası və digər beynəlxalq yarışlar uğurla təşkil edilib. 2024-cü ilin “İdman Paytaxtı” Qubada “Ulduz cup” beynəlxalq futbol turniri, Göygöldə cüdo üzrə kadetlər arasında Avropa Kuboku uğurla keçirilib.

Bakıda beynəlxalq tədbirlər

İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun 1-ci rəsmi görüşü də paytaxtımızda təşkil edilib. Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası; COP29-la əlaqədar Bakıda “Təmiz suda avar çək!” yürüşü; Beynəlxalq Çövkən Federasiyasının ilk Baş Assambleyası; Beynəlxalq Çövkən Federasiyasının növbədənkənar 2-ci Baş Assambleyası; Çövkən üzrə beynəlxalq seminar; Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının Beynəlxalq Tibbi Seminarı təşkil edilib. Bundan başqa 2026-cı il dünyanın "İdman Paytaxtı"na namizədliklə bağlı Bakı şəhərində təqdimat olub və sevindirici haldır ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının qərarı ilə Bakı şəhəri 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçilib.

Ölkədaxili yarışlar

Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün təsdiq etdiyi “Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin vahid təqvim planı”na əsasən, il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə 305 ölkə miqyaslı, 79 beynəlxalq yarış keçirilib.

Kütləvi yarışlar

Artıq ənənəyə çevrilmiş bir sıra kütləvi yarışlar da geniş əhatə dairəsi ilə fərqlənib. Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında II minifutbol turniri, Bakı kənd və qəsəbələri arasında II minifutbol turniri, “Qürurla irəli” şüarı ilə “IV Qələbə qaçışı”, “Üzgüçülük hamı üçün”, Mingəçevir şəhərində keçirilən “Kürü keçək?!” açıq suda üzmə yarışı və digər kütləvi idman yarışlarını xüsusi qeyd etmək olar2024-cü ilin "İdman Paytaxtı" Quba şəhərində il ərzində 75 tədbir təşkil edilib. Tədbirlər 8000-dən çox iştirakçını əhatə edib. Qubada keçirilən lll İdman Festivalında 14 təlim baş tutub. 8 gün davam edən festival 23 idman növü üzrə 100 idmançı (13-15 yaş), 34 məşqçini, eləcə də 1000-dən çox əhalini əhatə edib.

İl ərzində "Sağlam həyat" layihəsi çərçivəsində 15 region üzrə 29 tədbir keçirilib. Tədbirlərə 7000-dən çox iştirakçı qoşulub.

Həmçinin 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman Həftəsi”ndə keçirilən 20 tədbir 3993 iştirakçını, həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil edilən 253 tədbir isə 14387 nəfər iştirakçını əhatə edib.

Bundan başqa, dövlət qurumlarının əməkdaşları arasında ümumi 19 idman növündə 29 yarış üzrə 1943 iştirakçı yarışıb. Regionlarda il ərzində ümumi 3196 tədbir, 1768 yarış, 1428 kütləvi tədbir keçirilib.

İdman infrastrukturu

2024-cü il ərzində ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində də bir çox işlər görülüb. Ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə Qafqazın ən böyük idman mərkəzi - Gəncə İdman Sarayının açılışı oldu. Bundan başqa, Gəncə şəhər stadionunun da təməli qoyulub. İl ərzində bir sıra idman zalları da istifadəyə verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri