Icma.az
close
up
RU
Azərbaycan idmançılarının 2024cü ildə əldə etdiyi uğurlar

Azərbaycan idmançılarının 2024cü ildə əldə etdiyi uğurlar

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan idmançıları 2024-cü ildə Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1 718 medal qazanıblar. Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medallardır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.

Oxu.Az Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurlara nəzər salır:

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin edilib.

Multi-idman yarışları

Fransanın paytaxtında keçirilmiş Paris-2024 Yay Olimpiya Oyunlarında 48 Azərbaycan idmançısı 15 idman növündə 17 proqram üzrə yarışıb. Azərbaycan iki qızıl, iki gümüş, üç bürünc medalla 204 ölkə arasında 30-cu olmaqla yeni olimpiya rekordumuza nail olub. Ölkəmiz Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında üçüncü yeri tutub.

Azərbaycan Milli Paralimpiya komandası Fransanın Paris şəhərində keçirilmiş XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olunub. Ölkəmiz bu Paralimpiya Oyunlarında 11 medal (dörd qızıl, iki gümüş və beş bürünc) qazanıb.

Ölkəmiz Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games" beynəlxalq multi-idman oyunları, Saxa Respublikasının Yakutsk şəhərində "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunları, Bəhreyndə Beynəlxalq Gimnaziada İdman Oyunları, Moskvada I Dünya Korporativ Oyunları, Qazaxıstanda V Dünya Köçəri Oyunları, Macarıstanda Tələbələrin Avropa Universitet Oyunları və digər multi-idman yarışlarında uğurla təmsil olunub.

Azərbaycanda keçirilən beynəlxalq yarışlar

Yola saldığımız ildə Azərbaycan bir neçə nüfuzlu beynəlxalq yarışlarının məkanı olub. İl ərzində Bakı şəhəri çövkən üzrə dünya çempionatına, "TeamGym" üzrə Avropa çempionatına, atıcılıq üzrə Dünya Kubokuna, bədii gimnastika üzrə Avropa Kubokuna, cüdo üzrə "Böyük Dəbilqə" turnirinə, güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə, şahmat üzrə "Baku Open 2024" beynəlxalq festivalına, güləş üzrə U-23 Avropa çempionatına, "Formula-1" Azərbaycan Qran-prisinə və digər yarışlara ev sahibliyi edib.

Təkcə paytaxtda deyil, regionlarda, eləcə də işğaldan azad edilmiş şəhərlərdə də beynəlxalq yarışlar təşkil olunub. Xankəndi şəhərində Xankəndi - Bakı ultramarafonu, Şuşa şəhərində "Vüqar Həşimov Memorialı-2024" beynəlxalq şahmat turniri, Füzuli və Mingəçevir şəhərlərində Beynəlxalq Avarçəkmə reqatası və digər beynəlxalq yarışlar uğurla təşkil edilib. 2024-cü ilin "İdman paytaxtı" Qubada "Ulduz cup" beynəlxalq futbol turniri, Göygöldə cüdo üzrə kadetlər arasında Avropa Kuboku uğurla keçirilib.

Bakıda təşkil edilən beynəlxalq tədbirlər

İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun 1-ci rəsmi görüşü də paytaxtımızda təşkil edilib. Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası; COP29-la əlaqədar Bakıda "Təmiz suda avar çək!" yürüşü; Beynəlxalq Çövkən Federasiyasının ilk Baş Assambleyası; Beynəlxalq Çövkən Federasiyasının növbədənkənar 2-ci Baş Assambleyası; Çövkən üzrə beynəlxalq seminar; Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının Beynəlxalq Tibbi Seminarı təşkil edilib.

Bundan başqa, 2026-cı il dünyanın "İdman paytaxtı"na namizədliklə bağlı Bakı şəhərində təqdimat olub və sevindirici haldır ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının qərarı ilə Bakı şəhəri 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçilib.

Ölkədaxili yarışlar

Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün təsdiq etdiyi "Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin vahid təqvim planı"na əsasən, il ərzində respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə 305 ölkə miqyaslı, 79 beynəlxalq yarış keçirilib.

Kütləvi yarışlar

Artıq ənənəyə çevrilmiş bir sıra kütləvi yarışlar da geniş əhatə dairəsi ilə fərqlənib. Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında II minifutbol turniri, Bakı kənd və qəsəbələri arasında II minifutbol turniri, "Qürurla irəli" şüarı ilə "IV Qələbə qaçışı", "Üzgüçülük hamı üçün", Mingəçevir şəhərində keçirilən "Kürü keçək?!" açıq suda üzmə yarışı və digər kütləvi idman yarışlarını xüsusi qeyd etmək olar.

2024-cü ilin "İdman paytaxtı" Quba şəhərində il ərzində 75 tədbir təşkil edilib. Tədbirlər 8 000-dən çox iştirakçını əhatə edib. Qubada keçirilən lll İdman Festivalında 14 təlim baş tutub. Səkkiz gün davam edən festival 23 idman növü üzrə 100 idmançı (13-15 yaş), 34 məşqçini, eləcə də 1 000-dən çox əhalini əhatə edib.

İl ərzində "Sağlam həyat" layihəsi çərçivəsində 15 region üzrə 29 tədbir keçirilib. Tədbirlərə 7 000-dən çox iştirakçı qoşulub.

Həmçinin, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə "İdman Həftəsi"ndə keçirilən 20 tədbir 3 993 iştirakçını, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil edilən 253 tədbir isə 14 387 nəfər iştirakçını əhatə edib.

Bundan başqa, dövlət qurumlarının əməkdaşları arasında ümumi 19 idman növündə 29 yarış üzrə 1 943 iştirakçı mübarizə aparıb. Regionlarda il ərzində ümumi 3 196 tədbir, 1 768 yarış, 1 428 kütləvi tədbir keçirilib.

İdman infrastrukturu

2024-cü il ərzində ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində də bir çox işlər görülüb. Ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə Qafqazın ən böyük idman mərkəzi - Gəncə İdman Sarayının açılışı olub. Bundan başqa, Gəncə şəhər stadionunun da təməli qoyulub. İl ərzində bir sıra idman zalları da istifadəyə verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see275

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see223

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see216

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see214

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see212

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see211

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see209

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see205

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see204

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see202

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see201

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see198

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see193

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see192

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see188

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri