Icma.az
close
up
RU
Azərbaycan idmanının Avropa zəfəri

Azərbaycan idmanının Avropa zəfəri

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan minifutbol millisi son illərdə beynəlxalq arenada inanılmaz uğurlar qazanaraq ölkə idmanının ən parlaq səhifələrindən birini yazıb. Qısa müddətdə qitənin və dünyanın nəhəng futbol ölkələrinin komandalarını diz çökdürən millimiz, bu idman növünü ölkədə kütləviliyə çevirməyi bacarıb.

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatı baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında milli komandamızın tam dominantlığı ilə yadda qaldı. Bütün rəqiblərini sıradan çıxaran yığmamız möhtəşəm oyun nümayiş etdirərək 2-ci dəfə Avropa çempionu titulunu qazandı.

Qeyd edək ki, Prezident İlham Əliyev də dünən imzaladığı sərəncamla Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması münasibətilə Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrııb. 
Bundan əlavə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşım edərək ikiqat Avropa və dünya çempionu olan minifutbol yığmamızı bu möhtəşəm tarixi qələbə münasibətilə səmimi-qəlbdən təbrik ediblər.

Millimiz qrupdakı (F qrupu) bütün oyunları qələbə ilə başa vuraraq 9 xalla lider kimi pley-offa yüksəldi: Avstriya – Azərbaycan– 0 : 1, İtaliya – Azərbaycan– 0 : 3, Fransa – Azərbaycan– 2 : 3.

Azərbaycan millisi 1/8 finalda çətin rəqib sayılan Qazaxıstanla üz-üzə gəldi. Komandamız Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilovun qolları sayəsində 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi.
Çexiya futbolçularına 1/4 finalda heç bir şans verməyən millimiz rəqbə 5:2 hesabı ilə qalib gəldi. Komandamızın ən fəal oyunçuları Eşgin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarovvə  Məhəmməd Xəlilov rəqib qapıçını məyus etdilər.

Yarımfinalda 2 güclü rəqib – son dünya çempionu olan Azərbaycan və son Avropa çempionu olan Serbiya milliləri qarşılaşdı. Görüşün əsas vaxtı1:1 hesabı ilə başa çatdı. Penaltilər seriyasında millimiz 3:1 hesabı ilə qalib gələrək sonuncu Avropa çempionunu da turnirdən kənarlaşdırdı.

Çempionatda həlledici qarşılaşmada Ukrayna seçməsini Mirmehdi Rzayev və İsa Atayevin vurduğu qollarla darmadağın edən Azərbaycan milli komandası ikiqat Avropa Çempionu adını qazandı!

Azərbaycan minifutbolunun bu qələbəsi sübut etdi ki, əldə edilən uğurlar təsadüfi deyil, ölkəmizdə idmana göstərilən dövlət qayğısının və komanda ruhunun bariz nümunəsidir. İkiqat Avropa çempionları artıq sübut etdilər ki, Azərbaycan bu idman növündə qitənin və dünyanın ən güclüsüdür.

Azərbaycan minifutbol yığmasının qitə arenasındakı mütləq dominantlığı həm müdafiə, həm də hücum xəttindəki fərdi ustadlıqları sayəsində mümkün olmuşdur. Turnir boyu xüsusi olaraq fərqlənən əsas futbolçulardan komandanın qapıçısı Vəli Qafarov adını qeyd etməmək olmaz. O, milli komandanın həm 2022, həm də son çempionluqlarında əsas qəhrəmanlardan biridir. Xüsusilə keçmiş Avropa çempionu Serbiya ilə keçirilən gərgin yarımfinal oyununun penaltilər seriyasında etdiyi möhtəşəm seyv və komandanı finala daşıması onun turnirdəki əvəzsiz rolunu bir daha sübut etdi.

Komandanın ən təhlükəli və stabil hücum silahı olan İsa Atayev həm qrupda Avstriyaya qarşı açılış qolunu vurmuş, həm pley-offda Qazaxıstan torunu silkələmiş, həm də böyük final oyununda Ukrayna qapısına vurulan həlledici qolun müəllifi olaraq turnirin ən dəyərli oyunçularından birinə çevrilmişdir.

Ukrayna ilə keçirilən final oyununda hesabı açan qolun müəllifi Mirmehdi Rzayev komandanın hücum taktikasında sürəti və texnikası ilə rəqib müdafiəçilər üçün ən böyük təhdidlərdən biri olmuşdur.

1/4 final mərhələsində güclü Çexiya seçməsinə qarşı keçirilən və 5:2 hesablı parlaq qələbə ilə bitən oyunda dubl edəən Eşgin Tağıyev (2 qol) millinin yarımfinala yüksəlməsində əsas pay sahibi olmuşdur.

Həm qrup mərhələsində (Fransa oyunu), həm də Çexiya ilə pley-off matçında qollar vuraraq kritik anlarda təcrübəsi ilə komandanı arxasınca aparan Ramiz Çovdarovu isə komandanın əsas beyin mərkəzi adlandırmaq olar.

Serbiya ilə keçirilən və gərginliyi ilə yadda qalan yarımfinal matçında millimizin əsas vaxtdakı yeganə qolunu vuraraq komandanı oyunda saxlayan və penaltilərə qədər gedən yolun qəhrəmanı Xətai Bağırov oldu.

Rəvan Kərimov və Məhəmməd Xəlilov isə turnir boyu həm İtaliya, həm də Qazaxıstan kimi ciddi rəqiblərin qapılarına vurduqları qollarla hücum xəttindəki kəsərliliyi təmin edən vacib həlqələr olmuşlar.

Böyük futbol təcrübəsini minifutbola uğurla transfer edən Təmkin Xəlilzadə, müdafiə ilə hücum arasında etibarlı körpü rolunu oynamış və Çexiya ilə oyunda gözəl qolla yadda qalmışdır.

Əldə olunan möhtəşəm qələbədə futbolçularımızın özünə inamı, meydanın hər qarışında top uğrunda mübarizə aparmaları, lazımı anlarda səbr və təmkinlə davranmaları komandamızın baş məşqçinin qaşıya qoyduğu həfə çatmaq üçün təlimatları necə ustalıqla yerinə yetirdiyini bir daha sübut etdi. 

Azərbaycanda minifutbolun rəsmi şəkildə formalaşması heç də uzaq keçmişə malik deyil. Bu idman növünün ölkəmizdə peşəkar təməli 2017-ci ildə Azərbaycan Minifutbol Federasiyası rəsmi fəaliyyətə başlaması ilə qoyulub. Federasiya qısa müddətdə ölkə daxilində güclü daxili liqalar təşkil edərək peşəkar oyunçu bazası formalaşdırıb. Azərbaycan qısa müddətdə Avropa Minifutbol Federasiyasının  tamhüquqlu üzvünə çevrilərək qitə miqyaslı yarışlara qatılmaq hüququ əldə edib.

Azərbaycan minifutbol yığması beynəlxalq səhnəyə çıxdığı ilk illərdən etibarən sensasiyalı nəticələrə imza atıb və dünya reytinqində 1-ci pilləyə qədər yüksəlib.

2022-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında millimiz finalda Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu olub.

Bundan başqa Azərbaycanın daxili liqa klubları da beynəlxalq arenada böyük uğurlar qazanıb, o cümlədən 2024-cü ildə Polşada keçirilən Çempionlar Liqasının qalibi olublar.

Sonda onu da qeyd edim ki, Avropa çempionu olan minifutbol üzrə millimiz dünən axşam Vətənə qayıdıb və komandanın üzvləri hava limanında böyük coşqu ilə qarşılanıb.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri