Icma.az
close
up
RU
Gəncə III MDB Oyunlarına hazırlaşır

Gəncə III MDB Oyunlarına hazırlaşır

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan cari ildə daha bir mötəbər beynəlxalq tədbirə - III MDB Oyunlarına ev sahibliyi edəcək.Yarışlar 2025-ci il  sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək.  III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində baş tutacaq.  O cümlədən Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.

Hazırda Oyunların keçirilməsinə hazırlıq işləri sürətə davam etdirlir. Prezident İlham Əliyevin 10 iyul 2024-cü ildə imzaladığı müvafiq sərəncama əsasən III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Dövlət başçısının 29 yanvar 2025-ci il tarixli növbəti sərəncamı ilə Təşkilat Komitəsinin tərkibi yeni redaksiyada verilib. Artıq Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəhbərliyi ilə qurumun ilk iclası baş tutub və Oyunlara hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib.

Dünyada Azərbaycana olan yüksək inam

Son illərdə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir növ ənənə halını alıb ki, bu da təsadüfi deyil. Müxtəlif məsuliyyətli və genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi beynəlxalq birliyin ölkəmizə olan böyük inamının ifadəsidir.  İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar.

Digər istiqamətlərdə olduğu kimi, beynəlxalq idman ictimaiyyəti də Azərbaycana böyük inam bəsləyir. Xatırladaq ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. 2025-ci ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Eyni zamanda, indiyədək Azərbaycan bir sıra beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib. Böyük uğurla keçən bu yarışlardan yalnız bir neçəsi barədə daha geniş bəhs etmək yerinə düşər. “Qoca qitə”nin tarixində 2015-ci ilin yayında ilk dəfə təşkil olunan Birinci Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi bizim üçün daimi qürur mənbəyi olaraq qalacaq. Birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib.

Birinci Avropa Oyunlarından sonra İslam dünyası IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana həvalə etdi. Bu Oyunların da miqyası çox böyük idi.  İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzv dövlətləri Oyunlara qatıldılar.

Paytaxt Bakı 2016-cı ildən başlayaraq dünyada çox məşhur olan Formula-1 yarışlarına ev sahibliyi edir. İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycan təkcə son illərdə  gimnastikanın dörd növü üzrə Dünya Kubokuna, yeniyetmə cüdoçular arasında Avropa Kubokuna, bədii gimnastika üzrə 39-cu Avropa çempionatına ev sahibliyi edib. Dünyanın ən güclü snayperlərinin iştirakı ilə keçirilən atıcılıq üzrə Dünya kuboku artıq 8-ci dəfə respublikamızda baş tutub.

Ölkə boyunca yaradılan müasir idman infrastrukturu

Azərbaycan öz ənənəsinə sadiq qalmaqla III MDB Oyunlarını da yüksək səviyyədə keçirmək əzmindədir. Təşkilat Komitəsinin ilk iclasında idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, mediada yayım, açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş təqdimatlar edilib. Azərbaycan Prezidentinin lll MDB Oyunları ilə bağlı Tədbirlər Planının həyata keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsinin qarşısında qoyduğu vəzifələrin icrası və digər aidiyyəti məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qurumlar arasında əlaqələndirmənin təmin olunması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

Mötəbər yarışlara ev sahibliyi hüququnun Azərbaycana verilməsini, həmçinin Bakının 2026-cı il üçün Avropanın “İdman paytaxtı” seçilməsini şərtləndirən ən mühüm amillərdən biri yaradılan müasir infrastrukturla bağlıdır. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib.

Eyni zamanda, ölkənin regionlarında da müasir idman qurğuları inşa edilir. Qısa müddətdə ayrı-ayrı bölgələrdə 50-dək idman kompleksi yaradılıb. Müasir idman infrastrukturu ölkəmizdə güclü idmançılar ordusunun yetişməsinə öz müsbət təsirini göstərir. Bu idman qurğularında həmçinin  ən mötəbər beynəlxalq yarışların təşkil edilməsi üçün hər cür şərait var.

Oyunlara hazırlıq üzrə əsas işlər Gəncədə həyata keçirilir

III MDB Oyunlarının keçirilməsi üçün ölkə üzrə bir neçə şəhər seçilsə də, əsas yarışlar Gəncə şəhərində təşkil olunacaq. Buna görə də Oyunlara hazırlıq üzrə əsas işlər də məhz burada həyata keçirilir. Deyə bilərik ki, hazırda şəhər bütünlüklə mötəbər tədbirə hazırlıq işlərinə səfərbər olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva jurnalistlərə bildirib ki, sözügedən oyunlarla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində genişmiqyaslı təmir-tikinti və abadlıq işlərinə start verilib. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Gəncə şəhərinin daxili avtomobil yollarında təmir-tikinti işləri həyata keçirilir. AAYDA tərəfindən təmir olunan küçələrin ümumi sahəsi 843 min kvadratmetr təşkil edir. Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən də şəhərin bir sıra prospektində, küçələrdə və məhəllədaxili yollarda asfalt örtüyü yenilənir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunan küçələrin ümumi uzunluğu 200 min kvadratmetr təşkil edir. Həyata keçirilən işlər çərçivəsində zəruri olan yerlərdə vətəndaşların təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün yararsız piyada səkiləri təmir olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür”, - deyə şəhər icra hakimiyyətinin rəsmisi vuğulayıb.

Bildirilib ki, Gəncə şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində şəhərin bir sıra meydanlarında, park və xiyabanalarda da təmir-bərpa işləri həyata keçirilir. Hazırda Gəncənin Heydər Əliyev adına Mərkəzi Meydanında, həmçinin Gəncəçay Park-Bulvar Kompleksində yerləşən Bayraq meydanında təmir-bərpa işləri görülür.

“Anoloji işlərin “Xan bağı” istirahət parkında, Fikrət Əmirov adına parkda, həmçinin Nizami Kinoteatrının qarşısında yerləşən istirahət parkında da həyata keçirilməsi nəzərdə tutulub”, - deyən G.Rzayeva onu da bildirib ki, qeyd olunan məkanların ətrafında yerləşən fərdi və çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri nəzərdə tutulub. Fikirlərinə davam edən icra hakimiyyətinin təmsiçisi bildirib: “Bu işlər şəhərin Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektlərini, həmçinin bir sıra ara küçələri də əhatə edəcək. Onu da bildirim ki, fasadları yenilənən çoxmənzilli yaşayış binalarının üzərinə yeni fasad işıqlandırıcıların quraşdırılması da nəzərdə tutulub.

Təbii ki, bu sadalananlar görüləcək işlərin yalnız bir hissəsidir. Bütün bunlarla bərabər, şəhərdaxili ictimai nəqliyyatın yenilənməsi, bir sıra tarixi binaların bərpası nəzərdə tutulur. Eyni zamanda, şəhərdə olan mövcud idman qurğularının əsaslı şəkildə yenidən qurulması və inşası həyata keçirilməkdədir”.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Mart 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see214

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see204

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see197

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see186

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see185

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see180

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see175

Bakıda binadan yıxılan kişi öldü

13 İyun 2026 10:33see169

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see169

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see167

İldırımlı hava AZAL ın təyyarəsi geri qayıtdı

12 İyun 2026 22:09see161

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see159

Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?

13 İyun 2026 02:50see158

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see158

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see156

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see156

DÇ 2026: İngiltərə millisinin düşərgəsində oğurluq

13 İyun 2026 07:24see155

ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

12 İyun 2026 21:06see155

Bakıda parkinq böhranı: Yer yoxdur, qiymətlər isə artır VİDEO

13 İyun 2026 08:28see150

DÇ 2026: ABŞ Paraqvaya rəhm etmədi

13 İyun 2026 08:01see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri