Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında memorandumun müddəti uzadılıb FOTOLAR
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında 2020-ci ildə imzalanmış memorandumun müddəti uzadılıb. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Qars Qafqaz Universitetində keçirilən görüşdə qərara alınıb.
Belə ki, görüşdə Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandum çərçivəsindəki əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib. Əlaqələrin inkişafına müsbət təsiri nəzərə alınaraq memorandumun müddəti daha beş il müddətinə uzadılması barədə sənəd imzalanıb.
Qeyd edək ki, memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı elmi-praktik əlaqələrin genişləndirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi və digər mövzuları əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Mart 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















