Azərbaycan İlahiyyat İnstitutu və Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Ərzincan Binəli Yıldırım Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan əməkdaşlıq protokolu onlayn formatda imzalanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, protokolda iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və tələbələr üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Protokolda tərəflərin təhsil qanunvericiliyinə uyğun olaraq, razılaşdırılmış ixtisaslar üzrə qarşılıqlı bakalavr və magistr proqramlarının təşkili, ikili diplom və ya ikili dərəcə proqramlarının həyata keçirilməsi istiqamətində məsələlər öz əksini tapıb.
Sənəddə təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Əməkdaşlıq protokolunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Akın Levent imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 25 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















