Icma.az
close
up
RU
Azərbaycan ilə İtaliyanı möhkəm dostluq və strateji tərəfdaşlıq birləşdirir

Azərbaycan ilə İtaliyanı möhkəm dostluq və strateji tərəfdaşlıq birləşdirir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır. İtaliya Prezidenti Sercio Matarellanın ölkəmizə sayca ikinci səfəri də müsbət nəticələrlə yadda qaldı. Bu illər ərzində münasibətləri ən yüksək səviyyəyə qədər inkişaf etdirən ölkələrimiz hər zaman bir-birini dəstəkləyib. Qarşılıqlı səfərlər, imzalanan əməkdaşlıq sənədləri real nəticələr verir və bu gün iki ölkə arasında əməkdaşlıq bir çox sahələri əhatə edir. Azərbaycan Prezidenti italiyalı həmkarı ilə görüşdə də bildirdi ki, ölkələrimiz arasında əlaqələr yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. Artıq Azərbaycan ilə İtaliya arasında əlaqələr sadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan və İtaliya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi. Cənab İlham Əliyev bildirdi ki, bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir.

İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Azərbaycan və İtaliyanın ikitərəfli gündəliyi getdikcə genişlənir. Ölkələrimiz arasında əlaqələrin inkişafında enerji amili xüsusi yer tutur. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə əhatə dairəsi genişlənir. Bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər səmimi münasibətlər, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Rəsmi Bakı Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasında Romanın göstərdiyi dəstəyi xüsusi qiymətləndirir. Prezidentlər ikitərəfli formatda və Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsinə dair müzakirələr. apardılar. Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, İtaliya hazırda ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda, siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariz nümunəsidir. Dövlət başçımızın çıxışında xüsusi yer ayırdığı İtaliya-Azərbaycan Universiteti humanitar sahədə əlaqələrin inkişafı məqsədilə atılmış strateji addımlardan biridir. Bu universitet təkcə yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət etmir, həm də iki xalq arasında mədəni körpülərin qurulmasına təkan verir. Bu gün yüzlərlə gəncin burada təhsil alması, gələcəkdə isə bu gənclərin Azərbaycan ilə İtaliya arasında dostluğun daşıyıcıları kimi yetişməsi bizim üçün strateji dəyərə malikdir. Eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq məsələsində İtaliyanın Azərbaycana verdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Bu, İtaliyanın Cənubi Qafqazda sabitlik və tərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir.

Azərbaycan Prezidenti mütəmadi olaraq İtaliyanın ev sahibliyi etdiyi nüfuzlu Çernobbio forumuna da əsas qonaq qismində dəvət olunur. Bu, cənab İlham Əliyevə dost İtaliyanın ehtiramının göstəricisidir. İtaliya keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə ilk səfər edən əcnəbi qonaqlar arasında italiyalı diplomatlar ön sırada olub. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində aktiv iştirak edir. Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq modeli bu gün beynəlxalq əməkdaşlıq üçün nümunə sayıla bilər.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri