Azərbaycan ilk dəfə olaraq elektrod ixracına başlayıb
Icma.az bildirir, News24 portalına istinadən.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak" MMC tərəfindən ilk dəfə olaraq İraqa elektrod ixrac edilib.
Bu barədə News24.az-a izia-dan bildirilib.
Məlumata görə, ilkin mərhələdə bu ölkəyə 150 ton məhsul göndərilib.
Bildirilib ki, bu həm də Azərbaycanın elektrod istehsalı sahəsində ilk məhsul ixracıdır.
Qeyd edək ki, "Gedik Kaynak" MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir İnvestisiya həcmi 7,5 milyon manat olan müəssisədə 20 nəfər daimi işlə təmin edilib./fins.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 Dekabr 2024 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















