Azərbaycan ilk dəfə olaraq Türkmənistana elektrod ixracına başlayıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak" MMC ilk dəfə olaraq Türkmənistana məhsul ixracına başlayıb. Şirkət tərəfindən bu ölkəyə birinci mərhələdə 100 ton həcmində elektrod göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Qeyd edək ki, "Gedik Kaynak" MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir İnvestisiya həcmi 7.5 milyon manat olan müəssisədə 20 nəfər daimi işlə təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 03 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















