Icma.az
close
up
RU
Azərbaycan inam və etimad ünvanıdır

Azərbaycan inam və etimad ünvanıdır

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bakıda növbəti dəfə İsrail-Suriya danışıqları keçiriləcək 

Azərbaycan hazırda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Məhz bunun nəticəsində də dünyada Azərbaycanın dostları artmaqdadır. Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir. Bu etimad sayəsində respublikamız bəzi ölkələr arasında yaranmış problemlərin həllində uğurlu vasitəçilik və ev sahibliyi edir. Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, Azərbaycanda növbəti dəfə İsrail və Suriya nümayəndələrinin  görüşü keçiriləcək. Xatırladaq ki, ilk belə görüş Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraanın ölkəmizə səfəri zamanı baş tutmuşdu. Görüşün İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi ilə Suriya xarici işlər naziri Əsaad əş-Şibani arasında keçirildiyi bildirilirdi.

Tərəflər Əs-Süveydə probleminin həllinə çalışır

Bu dəfə Səudiyyə Ərəbistanının “Əl-Hadas” telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir. “Al-Arabiya” nəşri isə ABŞ-ın vasitəçiliyi və Türkiyənin dəstəyi ilə İsrail və Suriya arasında təhlükəsizlik məsələləri üzrə əlaqə kanallarının bərpa olunduğunu bildirib. Məlumata görə, Türkiyə və Suriya kürd, druz və ələvilərin statusu, həmçinin İsrailin rolunu da əhatə edən regional qarşılıqlı anlaşma barədə danışıqlar aparır. Nəşr həmçinin bildirir ki, İsrail nümayəndə heyəti Əs-Süveydə ətrafında mübahisəni tam həll etmək üçün Azərbaycana səfər edəcək. Bununla yanaşı, nəşr yazır ki, İsrail Suriyaya hücumları dayandırmaq öhdəliyini üzərinə götürməyib və 1974-cü ildə müəyyən edilmiş atəşkəs xətti boyunca təxminən 80 kilometr uzunluğunda və yarım kilometrdən 10 kilometrə qədər dərinlikdə geniş demilitarizasiya olunmuş bufer zonasının yaradılmasında israr edir.

Bakının uğurlu vasitəçilik təcrübəsi...

Göründüyü kimi, Azərbaycan növbəti dəfə beynəlxalq ictimaiyyət üçün etimad ünvanıdır. İndiyə kimi ölkəmiz dəfələrlə bu tipli görüşlərə ev sahibliyi edib. Məsələn,  İsrail ilə Türkiyə arasında yaranmış problemin həllində ölkəmiz vasitəçilik edib. Bu ilin aprel ayında belə bir görüş baş tutub.  Nəzərə alaq ki, hər iki ölkə Azərbaycanın dostudur. Ona görə də, Bakı hər iki tərəf üçün ən uyğun məkandır.  Digər tərəfdən, dövlətimiz öz dostlarının arasında hansısa gərginliyin olmasını istəmir. Ona görə də barışdırıcı siyasət həyata keçirir. Azərbaycan hələ 2010-cu ildə də İsrail ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qalxmasında vasitəçilik edib və bu vasitəçilik kifayət qədər uğurlu olub.

Xatırladaq ki, Azərbaycan hələ 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən gərginliyin aradan qaldırılmasında da fəal vasitəçi rolunu oynamışdı. Bundan əlavə, ölkəmiz   fərqli siyasi-hərbi qütblər arasında dialoqun baş tutması üçün ən uyğun məkanlardan biri kimi özünü təsdiqləyib. Belə ki, Azərbaycanın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir. Ölkəmiz 2017-2020-ci illərdə  NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib. Belə mötəbər görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük inamın ifadəsidir.

Bütün bunların fonunda İsrail və Suriya nümayəndələrinin ölkəmizdə keçiriləcək növbəti görüşü də iki ölkə arasında gərginliyin aradan qaldırılmasına töhfə verə bilər. Məlumdur ki, İsrail Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biridir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İki dövlətin dostluq və əməkdaşlığı yüksələn xətlə inkişaf edir.

Azərbaycan Yaxın Şərqdə sabitliyə töhfə verir

Eləcə də, ölkəmizin Suriyanın yeni hökuməti ilə fəal əlaqələri qurulur.  Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın bu yaxınlarda ölkəmizə səfəri Azərbaycanın Yaxın Şərq regionunda əlaqələrinin daha da genişlənməsində sülhə və dialoqa, eyni zamanda, Suriyada bərpa və quruculuq işinə töhfə verməsində mühüm əhəmiyyət kəsb edir. Suriyada sabitliyin və sülhün qorunub saxlanılmasında Azərbaycan strateji tərəfdaşımız olan Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət edir. Enerji təhlükəsizliyi və qaz anlaşması baxımından Azərbaycan və Suriya liderləri arasında aparılan danışıqlar təkcə iki ölkənin maraqları baxımından deyil, ümumilikdə region üçün yeni perspektivlər vəd edir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, bu gün bu missiyanı Yaxın Şərq regionunda da davam etdirmək əzmindədir. Əlbəttə, burada təkcə enerji resursları deyil, eyni zamanda, Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiya, öz strateji tərəfdaşları ilə birgə hərəkət etməsi əsas amillərdən hesab oluna bilər. Bu, Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanındığını nümayiş etdirir. Beləliklə, Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda olduğu kimi, Yaxın Şərq bölgəsinə də fəal aktor kimi daxil olur, uzun müddət müharibə və dağıntılarla üzləşmiş Suriyanın yenidən qurulması və bərpasında, enerji təminatında, humanitar yardımların verilməsində fəal iştirak edir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətinin diplomatiyası ölkəmizin strateji maraqlar kəsb edən regionlarda sülh, inkişaf və dialoq təşviq edir. Bu baxımdan, İsrail-Suriya danışıqlarının Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri