Icma.az
close
up
RU
Azərbaycan qlobal urbanizasiyanın yeni ünvanıdır

Azərbaycan qlobal urbanizasiyanın yeni ünvanıdır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan növbəti dəfə qlobal müzakirələrin mərkəzinə çevrilir. Paytaxt Bakı 2026-cı ildə dünyanın ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Son aylarda bu istiqamətdə atılan addımlar göstərir ki, ölkəmiz bu missiyaya sadəcə, təşkilatçı kimi deyil, həm də yeni şəhərsalma modelinin müəllifi kimi yanaşır.

2026-cı ilin 17-22 may tarixlərində baş tutacaq bu nəhəng platforma üçün artıq rəsmi internet resursları istifadəyə verilib. Bakı Olimpiya Stadionu ətrafındakı hazırlıq prosesi isə şəhərin bu beynəlxalq dialoqa nə dərəcədə ciddi hazırlaşdığının vizual sübutudur.

Forumun ana xətti bəllidir: "Dünyanı mənzillə təmin etmək". Müzakirələrin yekunu olaraq qəbul ediləcək "Bakı Fəaliyyət Çağırışı" sənədi təhlükəsiz, əlçatan və dayanıqlı şəhərlərin qurulması üçün qlobal yol xəritəsi rolunu oynayacaq. Bu, Azərbaycanın təkcə öz şəhərlərini deyil, həm də qlobal şəhərsalma siyasətini formalaşdıran gücə çevrilməsi deməkdir.

Daxili arenada da yeniliklər sürətlidir. 2026-cı ilin rəsmən "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu mövzunun dövlət siyasətinin prioritetinə çevrildiyini göstərir. Forumun təşkilati məsələləri üçün nəzərdə tutulan vergi güzəştləri və xüsusi iqtisadi mexanizmlər prosesin operativliyini təmin edir.

Artıq tədbirin texniki hazırlıq işləri çərçivəsində WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib. Yeni yaradılmış portal tədbir zamanı simsiz cihazların təhlükəsiz, fasiləsiz və koordinasiyalı şəkildə istifadəsini təmin etmək məqsədi daşıyır. Bu portal vasitəsilə akkreditə olunmuş iştirakçılar istifadə etməyi planlaşdırdıqları simsiz cihazları əvvəlcədən qeydiyyatdan keçirə və həmin cihazlar üçün müvafiq radiospektrin ayrılması ilə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər. Bununla yanaşı, “WUF13.az” internet səhifəsi və Mərkəzi Rezervasiya Platforması da istifadəyə verilib.

Bu il fevral ayının sonuna olan məlumata görə, Bakıda keçiriləcək davamlı şəhərsalma üzrə BMT-nin qlobal konfransı olan WUF13-də iştirak üçün 166 ölkədən 13 000-dən çox insan qeydiyyatdan keçib. Bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə təyin olunmuş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar işləyəcək. Həmçinin tədbir məkanı üçün nəqliyyat vasitələri ödənişsiz olacaq.

Digər tərəfdən, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Azərbaycan Əməliyyat Şirkəti ilə "AzərEnerji" ASC arasında əməkdaşlığa dair memorandum da artıq imzalanıb. Anlaşmanın əsas məqsədi WUF13 müddətində tədbir məkanının "yaşıl enerji" ilə təmin edilməsidir. Bu təşəbbüs forumun karbon idarəetməsi və emissiyaların azaldılması üzrə öhdəliklərinin praktik icrasına xidmət edəcək, eyni zamanda, enerji istehlakından yaranan ekoloji təsirin minimuma endirilməsinə imkan yaradacaq. Sözügedən əməkdaşlıq Azərbaycanın "yaşıl enerji" və dayanıqlı inkişaf üzrə strateji hədəflərinə sadiqliyini bir daha təsdiqləməklə yanaşı, ölkənin beynəlxalq tədbirlərin ekoloji baxımdan məsuliyyətli təşkili istiqamətində artan rolunu da önə çıxarır.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "AnewZ" telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb. Videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur. Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Gəncənin əsrlər boyu İpək Yolu üzərində mühüm mərkəz olduğu, bilik mübadiləsinə və multikultural mühitin inkişafına töhfə verdiyi vurğulanır. Bundan əlavə, videoda 1918-ci ildə Gəncənin Şərqdə ilk parlamentli demokratik respublikanın paytaxtı olduğu qeyd edilir.

WUF13-ə beynəlxalq dəstək də yüksək səviyyədədir. Belə ki, Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilir ki, ölkə WUF13-ü BMT sistemi çərçivəsində çoxtərəfli müzakirələrdə iştirak, dayanıqlı şəhər inkişafı sahəsində təcrübə və ən yaxşı praktikalar mübadiləsi, həmçinin beynəlxalq tərəfdaşlar, region ölkələri, eləcə də BMT-nin ixtisaslaşdırılmış qurumları ilə qarşılıqlı əlaqə üçün mühüm platforma kimi nəzərdən keçirir. Monqolustanın Ankarada iqamət edən, Azərbaycana akkreditə olunmuş qeyri-rezident səfiri Qombosuren Munxbayar bildirir ki, bu il Monqolustan da Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərdə, xüsusilə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştirak etməyi planlaşdırır, ölkəsini layiqincə təmsil edərək ikitərəfli əlaqələrin gücləndirilməsini davam etdirəcək. Həmçinin Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov qeyd edib ki, Qırğızıstan Azərbaycanda təşkil olunan iri beynəlxalq platformalardakı birgə işə böyük əhəmiyyət verir. 2024-cü ilin noyabrında Bakıda uğurla keçirilmiş COP29 qlobal iqlim forumu bu cür genişmiqyaslı tədbirlərin yüksək səmərəliliyini və nəticəyönümlülüyünü sübut edib. 2026-cı ilin mayında Bakı BMT-nin himayəsi altında keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Qırğızıstan tərəfi bu qlobal forumda iştirak edəcək. Nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi məsələsi hazırda müzakirə mərhələsindədir. Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov da Türkmən xalqının milli lideri, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edəcəyinin gözlənləndiyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən İqor Qarafuliç isə hesab edir ki, konfransın hər bir aspekti Azərbaycan hökuməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və əməliyyat şirkəti tərəfindən çox diqqətlə planlaşdırılıb: “Bu, həqiqətən də çox mühüm bir tədbirdir və biz onun keçirilməsini səbirsizliklə gözləyirik”.

İtaliyanın tanınmış "La nostra Gazzetta" saytında dərc olunan məqalədə isə deyilir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının keçirilməsinə tam hazırdır. İtaliya KİV-ində bildirilib ki, Bakı şəhərinin mərkəzləşmiş nəqliyyat sistemi yalnız texniki hazırlıqla məhdudlaşmır: "Burada insanların rahatlığı, xidmətdə səmimiyyət və qonaqpərvərlik də ön plandadır. Hər bir dayanacaq, hər bir avtobus stansiyası, hər bir taksi xidməti qonaqların məmnuniyyətini qazanmaq üçün nəzərdə tutulub...”

Digər tərəfdən, Keniyanın paytaxtı Nayrobi şəhərində 8-10 aprel tarixlərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədi ilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir. Azərbaycanın Keniyadakı Səfirliyindən bildirilib ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Azərbaycan hökuməti AUF2-nin təşkilati məsələlərinə sərf olunması üçün 50 000 ABŞ dolları məbləğində maliyyə töhfəsi edib.

Qeyd edək ki, WUF13 çərçivəsində bəzi vergi güzəştləri tətbiq ediləcək. Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyi imzalayıb. Tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmaları tətbiq ediləcək. Məsələn, WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma), qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma) və s. Güzəştlər tədbirin yüksək səviyyədə planlaşdırılmasının göstəricisidir.

Göründüyü kimi, son aylarda baş verənlər bir daha sübut edir ki, ölkəmiz Şəhərsalma forumunun keçirilməsini yüksək səviyyədə planlaşdırır. Beynəlxalq səviyyədə də rəsmilərin məsələyə münasibəti göstərilən səylərin doğurduğu müsbət ahəngdən xəbər verir.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri