Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

“Azərbaycan insan alverinə qarşı mübarizədə bir sıra ölkələr üçün nümunədir”

“Azərbaycan insan alverinə qarşı mübarizədə bir sıra ölkələr üçün nümunədir”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Prezidentin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb. Daxili İşlər Nazirliyi, beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.

Azərbaycanda insan alveri ilə bağlı real durum, ona qarşı mübarizə, dövlət və vətəndaş cəmiyyətinin bu sahədə əməkdaşlığı, eləcə də mövzu ətrafında digər məsələlərə aydınlıq gətirmək üçün İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyevlə söhbətləşdik.

- Öncə istərdik ki, insan alverinin mahiyyəti barədə məlumat verərdiniz. İnsan alveri nədir, onun hansı növləri var və cəmiyyət üçün təhlükəsi nədən ibarətdir?

- İnsan alveri bütün cəmiyyətləri narahat edən qlobal problemdir. Bu problemə qarşı hökumət, aidiyyatı qurumlar, vətəndaş cəmiyyəti institutları, eləcə də ayrı-ayrı təşkilatların fəaliyyət göstərməyinə baxmayaraq, problemin birdəfəlik həlli mümkün deyil. Səbəb də odur ki, zaman keçdikcə bu istiqamətdə fəaliyyət göstərən cinayətkar qruplar da öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən -  müasir texnologiyaların, sosial şəbəkələrin imkanlarından istifadə edirlər. Dünyada insanın istismarına xidmət edən fəaliyyətlərin sırası ildən-ilə genişlənir.  İnsanların alınıb-satılması, oğurlanması, girov götürülməsi, cinsi istismarı, məcburi əmək, məişət köləliyi, insan orqanlarının alveri ağır cinayətlər sayılır. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada insan alveri olmasın. İnsan alveri elə bir cinayət növüdür ki, onunla aparılan müharibədə hələ ki, atəşkəsə nail olmaq mümkün deyil.  Azərbaycanda insan alverinin ən geniş yayılmış forması qadınların aldadılaraq xarici ölkələrə aparılması və onların orada pasportları əllərindən alınaraq, öz iradələrindən kənar müxtəlif işlərə cəlb olunmasıdır. Gənc qızlar təhsil, evlilik, modellik adları altında aldadılaraq xarici ölkələrə aparılıb qurbana çevrilirlər. Həmin qadınlar əsasən cinsi istismara məruz qalırlar. İnsan alverinin qurbanı olan kişilər isə xarici ölkələrə aparılaraq məcburi əməyə cəlb olunurlar. Bütün bunlar Azərbaycan dövlətini, Daxili İşlər Nazirliyinin rəhbərliyini, vətəndaş cəmiyyəti institutlarını ciddi narahat edir. Ən vacib odur ki, cinayətkarlığın bu növünə qarşı DİN rəhbərliyinin mükəmməl proqramı, güclü komandası, əzmi, iradəsi, ictimai dəstəyi mövcuddur. Bu komponentlərin olması, bizim üçün ümidvericidir.

- Azərbaycanda insan alverinə qarşı mübarizə hansı səviyyədədir?

- Bu il Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21 ili, “İnsan Alverinə qarşı Mübarizə Haqqında” qanunun qəbulunun isə 20 ili tamam olur. 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi ölkəmizdə “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı isə “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir. Ümumiyyətlə, Azərbaycan polisinim insan alverinə qarşı hərtərəfli, genişmiqyaslı mübarizəsi bu sahədə ciddi uğurların əldə edilməsini şərtləndirən əsas meyardır.  İnsan alverinin hər cür növünün qarşısının alınması, qurbanlara yardım və onların müdafiəsi, cinayətkarların təqibi, beynəlxalq əməkdaşlıq ölkəmizdə yüksək səviyyədə qurulub.  Azərbaycanın bu sahədə gördüyü işlər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli hüquqi mexanizm, şəriat, iradə mövcuddur. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət planı uğurla icra edilir. İnsan alverinin qarşısının alınması üçün həm hüquqi müstəvidə mübarizə aparılır, həm də maarifçilik işləri həyata keçirilir. İnsan alveri ilə mübarizədə beynəlxalq əməkdaşlıq ildən-ilə gücləndirilir, ölkəmizin mövqeyinin qorunması üçün gərəkən addımlar atılır, mütərəqqi bеynəlхаlq təcrübə öyrənilir. DİN nəzdində insan alveri qurbanları üçün sığınacaq fəaliyyət göstərir. Bu sığınacaqda 5 ulduzlu otellərdə olan şərait mövcuddur. Burada yerləşdirilən insan alveri qurbanları dövlət hesabına gündəlik qida ilə təmin olunur, dil, kompyuter, dərzilik və s. kurslara cəlb olunurlar. ABŞ Dövlət Departamentinin, BMT miqrasiya təşkilatlatının, ölkəmizdəki səfirliklərin nümayəndələri dəfələrlə həmin sığınacaqda olublar və etiraf ediblər ki, bura regionda insan alveri qurbanları üçün tikilmiş ən mükəmməl mərkəzdir. Eyni zamanda DİN-in nəzdində İnsan Alveri Qurbanlarına  Kömək Fondu var. Zərərçəkənlərə maliyyə vəsaiti ayırır. Dövlət onlara birdəfəlik yardımlar edir. Bütün bunlar dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir. 2004-cü ildə Daxili İşlər Nazirliyində insan alverinə qarşı mübarizə ilə bağlı xüsusi polis qrumu olan  idarə yaradıldı, daha sonra isə baş idarə statusu aldı. Mübarizənin keyfiyyətini artırmaq üçün İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator təyin edilib. Milli Koordinator daxili işlər nazirinin birinci müavinidir. Hər il Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılır, onun hesabatı dinlənilir. Milli Koordinatorun bu sahədəki məzmunlu fəaliyyəti həm beynəlxalq təşkilatlar, həm vətəndaş cəmiyyəti, həm də Milli Məclis tərəfindən yüksək qiymətləndirilib.

-  İnsan alverinə qarşı mübarizədə hökumət-QHT münasibətləri necə qurulub? QHT-lərin bu sahədə töhfələri nədən ibarətdir?

- Digər qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası mövcuddur. Koalisiyada 45 təşkilat təmsil olunur. Hər bir üzv təşkilat insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşıb, böyük təcrübəyə sahibdir. Həm Daxili İşlər Nazirliyi, həm QHT-lərə Dövlət Dəstəyi Agentliyi insan alverinə qarşı hazırlanmış layihələrin icrasına kifayət qədər dəstək verirlər. Bu da QHT-lər üçün böyük imkanlardır. DİN rəhbərliyinin tapşırığı ilə müxtəlif qeyri-hökumət təşkilatlarına sığınacaqların saxlanılması üçün dəstək verilir. Sığınacaqların salınması, standartlara uyğun qurulması, təhlükəsizliyinin təmin edilməsi Nazirliyin diqqətindədir. QHT Koalisiyasındakı təşkilatlar öz fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirirlər. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə  Baş İdarəsi daima qeyd edilən məsələlər üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq edir, maarifləndirmə işlərinin aparılmasında onlara lazımi köməkliyi göstərir.

Həmçinin Daxili İşlər Nazirliyi hər il Elm və Təhsil Nazirliyi ilə birlikdə  həyata keçirdiyi maarifləndirmə tədbirlərində QHT-lərin də iştirakını təmin edir.

- Sədri olduğunuz İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələr barədə də məlumat verərdiniz…

- Təşkilat 2004-ci ildə təsis olunub və artıq 21 ildir ki, insan alverinə qarşı mübarizə sahəsi üzrə davamlı olaraq layihələr və maarifləndirici tədbirlər həyata keçirir. Bizim təşkilat bu illər ərzində həm DİN-in, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə müxtəlif layihələr həyata keçirib. Ərsəyə gətirdiyimiz 6 bölmədən ibarət “İfşa” və 10 bölümdən ibrət  “İfşa-çətin hədəf” serialı Azərbaycanda insan alverinə qarşı çəkilmiş yeganə serialdır. Bu filmlər ATV və ARB kanallarında nümayiş etdirilib. Xarici mətbuatda da bu seriallar barədə məlumatlar gedib. Ölkəmizdə fəaliyyət göstərən bir çox xarici ölkə səfirləri də bu  seriallara  baxdığını və çox bəyəndiklərini qeyd edib. Seriallarda Azərbaycan polisinin insan alverinə qarşı cəsarətli mübarizəsi öz əksini tapıb. Eyni zamanda  təşkilatımız  insan alverindən bəhs edən ondan çox video-çarx və qısametrajlı filmlər də çəkib. Həm telekanallarda, həm də sosial şəbəkələrdə maraqla izlənilən bu filmlər insan alverinə qarşı mübarizədə çox təsirli silahdır. Düşünürəm ki, insan alverinə qarşı mübarizədə müasir texnologiyaların imkanlarından istifadə etməliyik.  İnsan alverinə qarşı ən effektli mübarizə maarifləndirmədir. Xüsusilə də, gənclər bu sahədə bilgiləndirilməlidir. Təşkilatımız bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uçuruma aparan yol!” adlı layihə icra edəcək. Layihənin əsas məqsədi hökumətin insan alverinə qarşı apardığı mübarizədə vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.

- Azərbaycan hökuməti insan alveri ilə mübarizədə beynəlxaq təşkilatlarla necə əməkdaşlıq edir və həmin təşkilatlar hökumətin fəaliyyətini necə qiymətləndirirlər?

- ⁠Azərbaycan hökuməti insan alverinə qarşı fəaliyyət planını, qanunvericiliyi beynəlxalq təcrübəyə əsaslanaraq hazırlayıb. Qoşulduğumuz beynəlxalq konvensiyaların müddəalarına ölkəmizdə tam əməl olunur. Beynəlxalq təşkilatlar, xüsusilə də ABŞ Dövlət Departamenti, səfirliklər Azərbaycanda insan alverinə qarşı mübarizəni yüksək qiymətləndirirlər. Təəssüflər olsun ki, bu sahədə də bəzən ikili yanaşmalarla rastlaşırıq. Azərbaycanda insan alverinə qarşı aparılan mübarizə dünyanın heç bir ölkəsində yoxdur. Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyəti ilə səmimi, sıx əməkdaşlıq qurub. Təəssüf ki, bəzi təşkilatlar Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı yalan hesabatlar hazırlayaraq beynəlxalq qurumlara, xarici ölkələrə göndəririlər və onlarda yanlış təsəvvürlər formalaşdırırlar. Ölkəmizə qarşı qərəzli münasibətin formalaşlmasında bəzi QHT-lərin hazırladıqları saxta hesabatların da böyük rolu var.

Bir vacib məqamı da diqqətinizə çatdırım ki, radikal müxalifətin və onlara yaxın şəxslərin ölkəmizdə saxta yollarla sənədlər düzəldərək və viza alaraq siyasi mühacir kimi xaricə göndərdiyi insanlar da bəzi hallarda insan alverinin qurbanına çevrilirlər. Bir çox radikal müxalifət partiyalarının “siyasi mühacir” alveri ilə məşğul olmaları öz təsdiqini tapıb. Onların pul alaraq Qərb ölkələrinə göndərdikləri insanlar xaricdə bəzi qüvvələrin əlində köləyə çevrilirlər, onlardan dövlətimizə, xalqımıza qarşı istifadə olunur. Polisin belə təxribatçıları ifşa etməsi, anti-Azərbaycan qüvvələrini ciddi narahat edir. Həmin qüvvələr polisə qarşı qarayaxma kampaniyasını gücləndirmək üçün buradakı əlaltılarına -  5-ci kolonun tör-töküntüləri olan radikal müxalifət nümayəndələrinə sifarişlər verirlər.  Onlar da sosial şəbəkələrdə həmin siyasi partiyalara aid səhfələrdə saxta xəbərlərlər düzəldərək  təhlükəsizliyimizin təminatçıları olan Azərbaycan polisinə və digər hüquq-mühafizə orqanlarına qarşı çirkin planlar quraraq onaları ləkələməklə məşğul olurlar. Ancaq əlbətdə ki, bütün bunlar vətəndaşlarımızın öz liderinə, dövlətinə və onu qoruyan hüquq-mühafizə orqanlarına olan inamını azalda bilməz. Bizim ölkəmizdə xalq-hakimiyyət birliyi daimidir və sarsılmazdır. Xalqımızın dövlətə və onun liderinə  olan inamı xarici təhdidlərə qarşı ən güclü silahdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 May 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri