Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

“İnsan alverinə qarşı mübarizədə Azərbaycan nümunəvi üstünlüklərə malikdir” AÇIQLAMA

“İnsan alverinə qarşı mübarizədə Azərbaycan nümunəvi üstünlüklərə malikdir” AÇIQLAMA

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

“İnsan alveri beynəlxalq aləmi təhdid edən ən təhlükəli transmilli cinayətdir. Bu təhlükəli cinayətin aradan qaldırılması üçün dövlətlərin təkbaşına mübarizəsi effektli ola bilməz. Ona görə də, insan alverinə qarşı mübarizədə dünya birliyi birgə hərəkət etməli, dövlətlər koordinasiyalı iş aparmalıdır. Bu halda insan alveri cinayətlərinin aradan qaldırılmasına və cinayətkar şəbəkənin ifşa edilməsinə nail olmaq olar”. Bu fikirləri KİV-ə açıqlamasında İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib. Mahirə Əmirhüsenova bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir, qanunvericilik bazası yaradılır, insan alveri qurbanları ilə işlər təşkil olunur: “Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir. 2025-ci il Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21 ili, “İnsan Alverinə qarşı Mübarizə Haqqında” qanunun qəbulunun isə 20 ili tamam olur. İldönümlərlə əlaqədar olaraq Daxili İşlər Nazirliyi yanında İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə özündə 46 qeyri-hökumət təşkilatını birləşdirən İnsan Alverinə Qarşı QHT Koalisiyası arasında görüşlər keçirilir və görüşlərdə insan alverinə qarşı mübarizənin mövcud vəziyyəti, qurbanların müdafiəsi və digər məsələlər ətrafında müzakirələr aparılır”.

M.Əmirhüseynova təəssüf hissi ilə bildirdi ki, Daxili İşlər Nazirliyinin insan alveri cinayətkarlarına qarşı sərt mübarizə tədbirlərinə, İnsan Alverinə Qarşı QHT Koalisiyasının insan alveri ilə mübarizə sahəsində davamlı maarifləndirmə işləri aparılmasına baxmayaq, insan alveri sahəsində cinayətlərin baş verməsi hallar yaşanmaqdadır: “Xüsusi ilə də gənc qızların müxtəlif şirnikləndirici vədlərlə aldadılaraq xaricə aparılıb, orada kölə vəziyyətinə salınması və cinsi istismara məcbur edilməsi halları baş verir. Ötən ilin məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 163 insan alveri, 5 məcburi əmək cinayət qeydə alınıb”.

QHT sədri bildirdi ki, ölkəmizdə insan alveri qurbanları üçün sığınacaqlar yaradılıb, onlara tibbi, psixoloji yardımlara göstərilir: “ QHT-lərin imkanları hesabına yaradılan sığınacaqlarla yanaşı hökumətin formalaşdırdığı və pulsuz olaraq müayinə və müalicə, psixaloji məsləhət üçün ayrılan xəstəxanalar və polikilinkalar da mövcuddur. İnsan alveri qurbanları Respublika Klinik Xəstəxanasında, QİÇS-lə Mübarizə Mərkəzində, Narkoloji Dispanserdə, Dəri-Zöhrəvi Dispanserdə, Bakı şəhər 25 saylı poliklinikada, Bakı şəhər 7 saylı qadın məsləhətxanasında, Bakı şəhər 2 saylı uşaq xəstəxanasında zəruri ambulator və stasionar tibbi xidmətlər göstərilir. Bununla yanaşı dövlət qurbanlara maddi dəstək də göstərir, onların məşğulluğunun təmin edilməsi, daimi yaşayış yeri ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirir”.

Mahirə Əmirhüseynova onu da qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi, İnsan alveri faktları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 152 qaynar xətt telefonunun fəaliyyət göstərməsi, qurbanların reabilitasiyası üçün sığınacaqların yaradılması və digər mühüm tədbirlərin həyata keçirilməsi dövlərin vətəndaş cəmiyyəti institutları ilə birlikdə insan alveri cinayətlərinə qarşı mübarizədə qərarlı olduğunu göstərir: “Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mükəmməl qanunvericilik bazası formalaşıb və QHT-lərin iştirakı ilə cəmiyyətin bütün təbəqələri arasında maarifləndirmə sistemi həyata keçirilir. Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində BMT və Avropa Şurasının konvensiyaları və protokolları ratifikasiya edilib. Eyni zamanda, qəbul edilən normativ hüquqi akta əsasən insan alveri qurbanlarının sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub. Bu istiqamətdə işlər davam etdirilməkdədir”.

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova onu da bildirdi ki, Daxili İşlər Nazirliyi tərəfindən insan alverini qurbanı olmuş uşaqların müdafiəsi üçün xüsusi sığınacaq istifadəyə verilib: “Uşaqlar üçün sığınacaqlarda təhsillərini davam etdirmək, idmanla məşğul olmaq və digər zəruri vasitələrlə təmin olunmaq imkanları yaradılıb. Ümid edir, həm də əminik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində insan alveri cinayətinin qarşısını almaq mümkün olacaq. Bu hal da nə qurbanlar olacaq, nə də insan alveri qurbanı olmuş valideyinlərin uşaqlarının sığınacaqlara yerləşdirilməsi hallar olacaq. Biz buna nail olacağıq. Daxili İşlər Nazirliyinin qanunçuluğu təmin etmək bacarığı, cinayətkarlığa qarşı mübarizə üzrə illərdir qazandığı mükəmməl təcrübəsi, QHT-lərin maarifləndirmə tədbirləri, cəmiyyətin dəstəyi bunu deməyə əsas verir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri