Azərbaycan İran sərhədində YENİLİK: avtomobillər üçün yeni marşrut açıldı
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ərdəbil Azad İsqisadi Bölgəsinin Biləsuvar gömrüyü avtomobillərin rəsmiləşdirilməsi üçün icazəli gömrük məntəqələrindən biri kimi təsdiq edilib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu barədə İran hökuməti yeni qərar qəbul edib.
Qərara əsasən, İran və Azərbaycan sərhədindən avtomobil idxalı üçün yeni marşrut aktivləşdirilib. Bu addım avtomobil idxalına qoyulan şərti məhdudiyyətlərin yumşaldılmasından və xarici avtomobillərə artan tələbatdan sonra atılıb.
İran rəsmiləri bildirirlər ki, məqsəd idxal prosesini sürətləndirmək, gömrük məntəqələrində yükü azaltmaq, nəqliyyat və anbar xərclərini aşağı salmaqdır.
Yeni marşrutun açılması ilə avtomobillərin gömrükdən buraxılış sürətinin artacağı, anbar imkanlarının daha effektiv istifadə olunacağı və bəzi əməliyyat xərclərinin azalacağı gözlənilir.
Biləsuvar gömrüyü Qafqaz ticarət marşrutlarına və Azərbaycanla sərhədə yaxınlığı səbəbilə İranın şimal-qərb ticarətində strateji əhəmiyyət daşıyır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 20 May 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















