Icma.az
close
up
RU
Rusiyadakı Azərbaycan vətəndaşları üçün YENİLİK: Nə dəyişəcək?

Rusiyadakı Azərbaycan vətəndaşları üçün YENİLİK: Nə dəyişəcək?

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn əmək miqrantlarına qarşı sərt qaydaların tətbiqinin dövlət maraqlarına cavab vermədiyini anlayıb. Bunu rəsmi səviyyədə ilk dəfə olaraq ölkənin xarici işlər naziri Sergey Lavrov dilə gətirib.

Sfera.az xəbər verir ki, Lavrov Dövlət Dumasında çıxışı zamanı bu məsələyə toxunub. O deyib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn əmək miqrantlarına qarşı sərt qaydaların tətbiqi, onlardan viza istənilməsi Rusiyanın uzunmüddətli maraqlarına xidmət etmir. Buna görə də Lavrov təklif edir ki, miqrantların davranışlarına nəzarət gücləndirilməlidir, lakin bu, maneələrə çevrilməməli və viza rejimi tətbiq olunmamalıdır. Onun sözlərinə görə, bu proses Rusiyaya əmək miqrasiyasına mənfi təsir edəcək.

Xatırladaq ki, Rusiyanın müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 2025-ci ilin yanvarın 1-dən miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Bu qaydalar Azərbaycan vətəndaşlarına da aiddir. Yeniliyə əsasən, həmin tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir il ərzində cəmi 90 gün olacaq. Bu müddət yalnız əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s. kimi hallarda uzadıla bilər. Əks təqdirdə həmin şəxs Rusiya ərazisini tərk etməlidir. Mövcud olan qanunvericiliyinin tələblərinə əsasən Rusiyaya daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur. 

Lavrovun miqrasiya qaydalarının Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yumşaldılması çağırışı təbii ki, onun şəxsi fikri deyil, bu, əslində Rusiya hökumətinin mövqeyini əks etdirir. Rusiya hökumətinin bu məsələdəki narahatlığı anlaşılandır. Prinsip etibarilə Rusiya elə bir demoqrafik imkanlara sahibdir ki, o, hər zaman miqrantlara möhtac qalacaq. Rusiya təbii artımı olmayan, əmək qüvvəsi davamlı azalan ölkələrdən biridir. Böyük ərazisi (17,1 milyon kvadrat kilometr) olan Rusiyanın əhalisinin sayı son 30 ildə davamlı azalıb. 1992-ci ildə 148 milyon nəfər olan əhali sayı hazırda 143,6 milyona bərabərdir. Əslində son 30-33 ildə Rusiya əhalisinin sayı daha çox azala bilərdi. Azalmanın zəif olmasının səbəbi Rusiyadan kənarda, keçmiş sovet respublikalarında yaşayan təxminən 25 milyon etnik rusun önəmli hissəsinin Rusiyaya miqrasiya edib, vətəndaşlıq alması ilə bağlıdır. 

Proseslər göstərir ki, Rusiyaya artıq rus miqrantlar gəlmir. Belə olan vəziyyətdə ölkənin əmək bazarının işçi qüvvəsinə olan tələbatını ödəmək üçün hökmən digər millətlərin nümayəndələrindən olan xarici vətəndaşların miqrasiyasına şərait yaradılmalıdır. Ukrayna-Rusiya müharibəsindən sonra miqrantlara ehtiyac daha da artıb. Qərb mənbələrinə görə artıq üç ildir ki, davam edən müharibə müddətində Rusiya 1 milyon insanını itirib. Onların bəziləri dünyasını dəyişib, bəziləri isə əlil vəziyyətinə düşüb. 

Ölən və əlil olan insanlar Rusiyanın həm də əmək bazarının itkisidir. Bu itkini, boşluğu doldurmaq üçün hökmən yeni miqrantlara ehtiyac var və Rusiya onlarsız nə kənd təsərrüfatını, nə sənayesini, nə xidmət sektorunu işlədə bilər. İndi Rusiya qarşısında dayanan əsas məsələ miqrantların hansı ölkələrdən cəlb edilməsidir. Rusiya üçün ən uyğun əmək bazası keçmiş sovet respublikalarıdır. Çünki bu respublikaların əhalisi az və ya çox dərəcədə rus dilini bilir, rus mədəniyyətinə, adət-ənənələrinə bələddir, Rusiyanın ictimai və sosial həyatına daha tez uyğunlaşa bilirlər. Məhz bununla əlaqədar olaraq son 33 ildə Rusiyaya gələn miqrantların böyük hissəsini sovet respublikalarının vətəndaşları təşkil edib. 

Rusiyanın açıqladığı statistika göstərir ki, gələn miqrantların böyük hissəsi Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Qazaxıstan və Gürcüstan vətəndaşları olub. Amma Ukrayna ilə müharibə başlayandan sonra Rusiyaya gələn əcnəbilərin sayında azalma baş verdi, hətta Rusiyada işləyənlərin bəziləri ölkəni tərk etdilər.Belə bir vəziyyətdə yeni sərt qaydaların da tətbiqi miqrantların sayının azalmasına səbəb olacağından artıq Rusiya hökumətində bir qədər yumşalmaya gedilməsi, heç olmasa  qaydaların Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin vətəndaşları üçün yumşaldılması çağırışları eşidilməkdədir.

Lavrovun bu açıqlaması da göstərir ki, miqrasiya qaydalarının sərtləşdirilməsi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin cəmiyyətlərində Rusiyaya qarşı inamı zəiflədir, Rusiyanın əmək bazarında kadr çatışmazlığını dərinləşdirir və bu, ümumən uzunmüddətli dövrdə ölkə iqtisadiyyatında aktivliyə mənfi təsir göstərəcək.

Bu qorxu Rusiyanı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin vətəndaşları üçün qaydalarda yumşaldılmaya məcbur edəcək. 

Vasif
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri