Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələri üçtərəfli formatda əlaqələndiriləcək
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Energetika sahəsi üçtərəfli əməkdaşlıq kontekstində yaxşı perspektivlər vəd edir.
APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.
Baş nazirin müavini bildirib ki, hazırda Azərbaycan elektrik şəbəkəsi ilə həm İran həm də Rusiya elektrik şəbəkələri arasında ayrı ayrılıqda bağlantılar mövcuddur və bu əlaqələr elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verir: “Bu sahədə əməkdaşlığımızın gündəliyində duran məsələ Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin üçtərəfli formatda əlaqələndirilməsi layihəsidir. Təbii ki, nəqliyyat sahəsində həyata keçirdiyimiz tədbirlər gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini zəruri edir. Bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq sahələri sırasındadır. Odur ki, bugünkü üçtərəfli görüşümüz bütün bu aktual məsələlərin müzakirəsinə həsr olunacaq.
Əminik ki, aparacağımız danışıqlar və qəbul edəcəyimiz qərarlar əməkdaşlığımızın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə regionumuz üçün faydalı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 13 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















