Suriya və Türkiyənin elektrik şəbəkələri əlaqələndiriləcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qahirə, 27 iyun, AZƏRTAC
Suriya ilə Türkiyə arasında elektrik enerjisi bağlantısı layihəsi həyata keçiriləcək.
AZƏRTAC SANA agentliyinə istinadla bildirir ki, layihə Suriya Elektrik Baş İdarəsi və Türkiyənin “Levant Elektrik Ticaret” şirkətinin nümayəndə heyətləri arasında keçirilən görüşdə müzakirə edilib.
Layihə çərçivəsində Türkiyədən Suriyaya elektrik enerjisinin ixracı planlaşdırılır. Məqsəd elektrik şəbəkəsinin sabitliyini dəstəkləmək, iki ölkə arasında enerji mübadiləsini genişləndirmək və bu sahədə regional əməkdaşlığı inkişaf etdirməkdir.
Dünya Bankı Suriyaya elektrik xətlərinin bərpası üçün 146 milyon dollar qrant ayırıb. Bu, təxminən 40 ildən sonra Bankın Suriya ayırdığı ilk vəsaitdir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 27 İyun 2025 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















