Azərbaycan İranla İsrail arasında atəşkəslə bağlı rəsmi bəyanat yaydı RƏSMİ
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Azərbaycan İsrail və İran arasındakı atəşkəsi alqışlayıb.
Turkustan.az xəbər verir ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb. Bəyanatda bunun bölgədə gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addım olduğu vurğulanıb.
“Biz bu atəşkəsin bağlanmasında iştirak edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün onun tam şəkildə həyata keçirilməsinə çağırırıq”, - deyə, bəyanatda bildirilib.
Azərbaycan XİN davamlı sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 24 İyun 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















