Icma.az
close
up
RU
Azərbaycan İranla İsrail arasında vasitəçilik EDƏ BİLƏR

Azərbaycan İranla İsrail arasında vasitəçilik EDƏ BİLƏR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Prezidenti Məsud Pezeşkian hazırda Bakıda səfərdədir. Bununla yanaşı, yaxın vaxtlarda İsrail Baş naziri Benyamin Netanyahunun da ölkəmizə səfəri baş tutacaq. Artıq vaxt da məlumdur. O, mayın 8-də Azərbaycana səfər edəcək. İran Prezidentindən sonra İsrail Baş nazirinin ölkəmizə səfər etməsi maraq doğurur. 

Maraqlıdır, İran və İsrail arasında mümkün dialoqa Azərbaycanın vasitəçilik etməsi ehtimalı varmı?

Milli Məclisin Azərbaycan-İsrail Parlamentlrəarası İşçi Qrupunun sədr müavini Sahib Alıyev Modern.az-a açıqlamasında bildirib ki, bir ölkənin digərləri arasında vasitəçilik etməsi üçün konkret şərtlər var:

“İlk növbədə aralarında qarşıdurma olan ölkələr özləri bunu istəməlidirlər. İkincisi, vasitəçi ilə vasitəçiliyə ehtiyac duyan hər iki tərəf arasında qarşılıqlı güvən olmalıdır. Əgər söhbət Türkiyə ilə İsrail arasında vasitəçilikdən gedirsə, hər iki ölkənin belə bir istəyi də, güvəni də var. Cənab Prezidentin də vurğuladığı kimi, Türkiyə və İsrail arasında birinci gərginlik yaranan vaxt Azərbaycanın vasitəçiliyi öz müsbət nəticəsini verib. Hər iki ölkənin müdafiə və təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmlərinin bu yaxınlarda Bakıda görüşməsi göstərdi ki, Azərbaycan bu dövlətlər arasındakı növbəti gərginliyin də aradan qaldırılmasında səylərini əsirgəmir”.

S.Alıyev bu təcrübənin İsraillə İran arasındakı qarşıdurmanın aradan qaldırılmasında da yararlı olacağını düşünmədiyini deyib:

“Birincisi, İsraillə İran arasındakı ziddiyyətlər çox dərindir, burada başqa maraqlı tərəflər də var, Tehranda bəlli çevrələr, daha dəqiq desək, müəyyən qüvvələr mövcuddur ki, onların Azərbaycana da, Azərbaycan-İsrail əlaqələrinə yanaşmaları da Türkiyəninkindən çox fərqlidir. Açığı, həmən qüvvələrə elə Tehrandakı səfirliyimizə qarşı terrorun təşkilində də əlləri olmaları səbəbəbindən bizim yanaşmamız yumşaq desək, heç də müsbət deyil.

Ona görə də məncə, cənab Netanyahunun Bakı səfərində iki ölkə arasında əməkdaşlığın özəlliklə də enerji sektorunda daha da genişləndirilməsi, hətta mümkündür ki, dərinləşdirilməsi, Yaxın Şərqdə Azərbaycanın  orta güc olaraq rolunun artması, həm də bu kontekstdə ABŞ ilə əlaqələr və yəqin İsraillə Türkiyə arasında gərginliyin aradan qaldırılması məsələləri gündəmdə olacaq”.

Siyasi şərhçi Elşad Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan-İran münasibəltərinin yeni mərhələsinə şahidlik etməkdəyik:

“Zaman-zaman tərəflər arasında müəyyən suallar meydana gəlirdi. Azərbaycan təbii ki, hər zaman etibarlı tərəfdaşdır və müstəqilliyini əldə etdikdən bu yana ölkəmiz bərabərhüquqlu, tərəflərin qarşılıqlı maraqlara uyğun münasibət qurmaq bacarığını müşahidə etdirməkdədir. Bu baxımdan düşünürəm ki, hazırki mərhələdə İran Prezidenti Məsud Pezeşkian da Azərbaycanla münasibətlərin yeni keyfiyyət mərhələsində inkişafında maraqlıdır. Ortaq layihələrdə iştirak müzakirə edilməkdədir. Nəqliyyat-logistika, energetka və digər sahələrdə əməkdaşlıq üçün çox geniş imkanlar mövcuddur. Xüsusilə də sərhədboyu ərazilərdə ticarətin daha da inkişaf etdirilməsi, Araz çayı üzərində su qovşaqlarının fəaliyyətə başlaması və sair məqamlar İranla Azərbaycan arasında həm siyasi, həm də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu nümayiş etdirir”.

Müsahibimiz söyləyib ki, Azərbaycanla İsrail arasında münasibəltər də hər zaman dostluq xarakterli olub.
Onun sözlərinə görə, İsraillə İran arasında dialoqun baş tutması ehtimalı mövcuddur:

“İsrailin Azərbaycanın ən yaxın tərəfdaşlıq etdiyi ölkələrdən biri olduğunu nəzərə almaq lazımdır. Digər tərəfdən,  ABŞ-la İran arasında intensiv dialoq baş tutmaqdadır. Bu mühit artıq formalaşıb. Tərəflər arasında artıq üçüncü görüş də baş tutub və həm ABŞ, həm də İran bu danışıqların konstruktiv məcrada getdiyini deməkdədirlər. Deməli, burada İranla İsrail arasında da hər hansı dialoqun baş tutması ehtimalından danışmaq mümkündür. Çünki həlledici amil rolunda ABŞ-nin mövqeyi çıxış etməkdədir. Bu baxımdan ümumi dünya səviyyəsində tamam yeni geosiyasi konfiqurasiya müşahidə etməkdəyik. Hesab edirəm ki, bütövlükdə baş verənlər Azərbaycanın da iştirakçılığı üçün mümkün imkanları nəzərdən keçirməyə imkan verir. Azərbaycanla İran və Azərbaycanla İsrail münasibətlərinin xarakteri  tərəflərin istəyi, təşəbbüsü olacağı halda dialoq üçün şəraitin yaradılması baxımından ölkəmizin rolunun ola biləcəyini göstərir. Azərbaycan vasitəçilik yerinə yetirmək üçün kifayət qədər imkanlara malikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see239

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see212

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see211

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see210

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see209

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see203

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see203

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see188

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see184

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see183

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see182

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see180

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see178

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see176

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see174

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see169

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see168

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri