Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini bilir və icra edir Ramin Məmmədov
Icma.az bildirir, 525.az portalına istinadən.
"Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini yaxşı bilir və icra edir, eləcə də faydalı nəticə almaq uğrunda mübarizə aparır".
525.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq bəzi rəqəmsal media orqanlarında da islamofobiyaya meyil özünü büruzə verir:
"İslamofobiya meyilləri bütün dünyada artmaqdadır, iqtisadi və geosiyasi məsələləri kölgədə qoyur. Bunu pisləməklə dayanmamalıyıq, köklərini, səbəblərini araşdırmalıyıq. Həmçinin, müsbət təcrübələrdən nümunə götürməliyik".
R.Məmmədov onu da qeyd edib ki, Ermənistanın işğalı zamanı Azərbaycan yüzlərlə dini abidəsinin məhv edilməsini unutmaq olmaz ("Report").
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















