Icma.az
close
up
RU
Ramin Məmmədov: Özbəkistan və Azərbaycan sülh, sabitlik və ekstremizmlə mübarizədə birgə səylər göstərir

Ramin Məmmədov: Özbəkistan və Azərbaycan sülh, sabitlik və ekstremizmlə mübarizədə birgə səylər göstərir

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistan və Azərbaycan Türk Dövlətləri Təşkilatı vasitəsilə ortaq irsini və dəyərlərini qoruyub saxlayır, hər iki ölkə sülh, sabitlik və ekstremizmlə mübarizədə birgə səylər göstərir.

525.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Səmərqənddə keçirilən “Maturidilik - tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dini Komitənin  sədri inkişaf edən qlobal mədəni mənzərə ilə birlikdə yeni çağırışların və təhdidlərin yaranması fonunda davamlı sülh və təhlükəsizliyin əsas təməlləri kimi birgəyaşayışı təşviq etmək, habelə tolerantlıq, həmrəylik və multikulturalizm dəyərlərini dəstəkləməyin zəruri olduğunu vurğulayıb.

R.Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərin qorunmasına, eləcə də İslamın özünəməxsus mahiyyətini və müasir dövrdəki əhəmiyyətini gələcək nəsillərə düzgün şəkildə çatdırmağa yönəlmiş təşəbbüslər, həm milli irsə, həm də geniş elmi diskurslara mühüm töhfə verir. İmanın və ağlın qarşılıqlı əlaqəsini rasional İslam düşüncəsi çərçivəsində obyektiv şəkildə təhlil etmək, təkcə İslamın zəngin irsini daha dərindən anlamağa deyil, həm də dinə yönəlmiş yanlış təsəvvürlərin və əsassız tənqidlərin aradan qaldırılmasına müsbət təsir göstərir.

O eyni zamanda bəşər tarixinə mühüm töhfələr vermiş və İslam sivilizasiyasının əsas tarixi və mədəni mərkəzlərindən biri kimi tanınan Azərbaycanın İslam dəyərlərinin qorunmasına xüsusi diqqət ayırdığını qeyd edib. Bildirib ki, ölkəmiz İslam dəyərlərinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Bakıda keçirilən qlobal mədəniyyətlərarası dialoq forumları və Dini Liderlərin Qlobal sammiti kimi tədbirlər ölkəsinin tolerantlıq prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılmış mühüm addımlardan biri kimi, Azərbaycan Prezidentinin Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti barədə məlumat verən Dini Komitənin sədri bu institutun, İslam və digər dünya dinləri üzrə dərin biliklərə malik yüksəkixtisaslı ilahiyyatçıların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.

Dövlət Komitəsinin sədri konfransın İslamın həqiqi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün vacib platforma olacağına, qlobal sülh və sabitliyin təşviqinə, dinlərarası dialoqun inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri