Icma.az
close
up
RU
Azərbaycan İslandiya: Təbilli azarkeşlər, ümid və növbəti məğlubiyyət in REPORTAJI

Azərbaycan İslandiya: Təbilli azarkeşlər, ümid və növbəti məğlubiyyət in REPORTAJI

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Saat 20:30. “Səkkizinci kilometr” stadionu hələlik seyrəklikdir - Azərbaycan və İslandiya yığmaları arasında 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunun start fitinə yarım saat qalıb. Qarşılaşma prinsipialdır: futbolçularımız Reykyavikdəki 0:5 hesablı ağır məğlubiyyətdən sonra özlərini reabilitasiya etmək üçün meydana çıxırlar.

Tribunalar yavaş-yavaş dolur. Elə bil azarkeşlərin bir qismi gücünü və büdcəsini daha çox növbəti - Fransaya qarşı oyuna saxlayıb. Amma say az olsa da, tribunadakı səs ürəkdən gəlir: islandların qapısı arxasındakı fan-sektor artıq Azərbaycan bayraqlarını açıb, azarkeşlərin əlindəki təbillərin ritmi stadionun beton divarlarında əks-səda verir.

Komandalar meydana çıxır. Əvvəlcə İslandiyanın himni səslənir. Futbolçular onu tribunadakı azsaylı azarkeşləri ilə birlikdə oxuyurlar. Azarkeşləri tribunada demək olar ki, seçmək olmur, amma mavi-ağ rəngli şərflər və papaqlarla onları tapmaq mümkündür.

Ardınca Azərbaycanın himni səslənir. Bayraqlar havaya qalxır, stadion himni bir ağızdan oxuyur. Alqışlar. Oyun başlayır və dərhal tribunadan fit səsləri yüksəlir, çünki topa ilk olaraq İslandiya sahib olur.

İlk dəqiqələrdən qonaqlar toparlanmış və aqressiv təsir bağışlayır; ötən qələbənin güvəni sanki meydanda hiss olunur. Komandamız uzun müddət ritm tutmaqda çətinlik çəkir və faktiki olaraq müdafiə olunur. Tribunada komandamıza dəstək və rəqibə qarşı fit səsləri bir-birinə qarışır. Fanatlar aktiv şəkildə yığmanı irəli səsləsə də, tamaşaçıların böyük qismi sadəcə izləməklə kifayətlənir. Əsas səs-küy mənbəyi isə yenə həmin fan-sektordur.

19-cu dəqiqədə tribunaların qorxduğu baş verir: qonaqlar hesabı açır. Stadionu uğultu bürüyür, island azarkeşləri isə təmkinlə ayağa qalxıb emosiyasız şəkildə alqışlayırlar - qonaq meydanda, say çox olmayan halda coşqu göstərmək çətindir. Tribunada dərhal müzakirələr başlayır: “Axı keçən dəfə Fransaya qarşı ilk qolu 45-ci dəqiqədə buraxmışdıq... Bu necə oldu?”. Kimsə ofsayd ümidinə düşür, amma VAR qolu təsdiqləyir. Oyun davam edir.

Fasiləyə qədər daha bir zərbə gəlir. 0:2 - İslandiya üstünlüyü artırır. Stadion bir anlıq donur: heç kim topun necə qapımıza düşdüyünü dərhal anlamır. Tribunada və media lojada günahkar axtarışı başlayır: kimisi epizodu telefondan geri çəkib baxır, kimisi asta səslə, “Aydın Bayramov topu itirdi... çaşdı”, - deyir.

İki qola baxmayaraq, azarkeşlər rəqibi fitə basmaqda davam edir, onları oyundan çıxarmağa çalışırlar. Hakim ilk hissəyə iki dəqiqə əlavə edir, fanatlar isə son anlarda yenidən canlanır, “Azərbaycan! Azərbaycan!” şüarı ilə oyuna rəng qatırlar. Jurnalistlər isə artıq fasiləyə çıxır: gənclər sendviç ardınca, təcrübəlilər isə isti çay üçün gedir.

İkinci hissə daha dinamik başlayır. Həm komanda, həm də tribunalar enerji toplayır. Futbolçularımız daha sərt oyuna keçir, rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratmağa başlayırlar. Hər uğurlu ikili mübarizə, hər gözəl fint və qapıçı qurtarışında stadion alqış səsləri ilə dolur.

İslandiya futbolçuları isə yerdə qalmaq və hakimə etiraz etməklə cavab verir – tribunalar isə buna “Aktyorlar!” şüarı ilə reaksiya göstərir.

Tribunalar tədricən o qədər canlanır ki, tamaşaçılar kresloya söykənib oturmur, irəli əyilərək gözlərini oyundan ayırmır. Hamının fikri birdir: “Heç olmasa bir qol…”. Fan-sektor telefon işıqlarını yandırıb yuxarı-aşağı yelləməyə başlayır, stadionun böyük qismi də onları izləyir. Ümid son saniyəyədək havada qalır.

Amma final fitindən sonra o ümid sönür: 0:2. Kimisi əsəbiləşir - “Bir qol da vurmadılar…” Kimisi isə dərindən nəfəs alır: “Heç olmasa beş olmadı…”

Mətbuat konfransında baş məşqçilərin əhvalı tam fərqlidir. İlk olaraq Arnar Qunnlaunqsson çıxış edir. O, nəticədən açıq şəkildə məmnundur və etiraf edir ki, Azərbaycan tərəfdən daha çox təzyiq gözləyirmiş - meydan amili fərqli təsir edə bilərdi, amma ev sahibinin zəif startı İslandiyanın işini xeyli asanlaşdırıb. O, Fransa - Ukrayna oyunu barədə sualı gülümsəyərək qarşılayır və mətbuat konfransından sonra həmin qarşılaşmaya baxmağı planlaşdırdığını deyir. Onun Fransaya arzuladığı qələbə reallaşır.

Ardınca jurnalistlərin önünə Ayxan Abbasov çıxır. Suallar ənənəvi “keçmiş olsun”la başlayır. Məşqçinin üzündə həm narazılıq, həm də məyusluq hiss olunur: onun ən azı bir qol və daha inamlı oyun gözlədiyi aydın görünür. Qarşıda daha güclü Fransa millisi olduğu üçün bu matç, bəlkə də, komandanın əldən qaçırdığı fürsət idi.

Növbəti oyun 16 noyabrda Fransa millisi ilə olacaq. Bir şey dəqiqdir: tribunada azarkeş sayı qat-qat çox olacaq. Amma dəstək də bir o qədər çox olacaqmı? Yoxsa stadion Kilian Mbappenin azərbaycanlı azarkeşlərlə fan-görüşünə çevriləcək? Bu sual hələ açıq qalır.

Leyla Eminova

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see299

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see210

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see159

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see132

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see125

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see121

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see120

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see120

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see120

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri