Icma.az
close
up
RU
Azərbaycan İsrail tərəfdaşlığı: Sabitliyə və təhlükəsizliyə yönəlmiş əməkdaşlıq

Azərbaycan İsrail tərəfdaşlığı: Sabitliyə və təhlükəsizliyə yönəlmiş əməkdaşlıq

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Azərbaycan və İsrail arasında strateji tərəfdaşlıq regionun və ABŞ-ın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş dinləmələr zamanı senator Stiv Deynsin Azərbaycanla bağlı fikirləri, xüsusilə də onun “Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinin ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir” bəyanatı diqqətəlayiqdir. Qeyd edək ki, senator bu fikri X sosial şəbəkəsindəki rəsmi hesabında bildirib.

Mövzunu Bakupost.az -a şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, Azərbaycan–İsrail əməkdaşlığı regional sabitlik və strateji maraqlar üçün mühüm əhəmiyyət kəsb edir:


“Azərbaycanın xarici siyasət kursu uzun illərdir ki, qarşılıqlı maraqlara əsaslanan, balanslı və çoxşaxəli əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu kontekstdə Azərbaycan-İsrail münasibətləri təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də regionda təhlükəsizlik və sabitliyin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

VHP rəsmisi bildirib ki, Azərbaycan enerji resurslarının etibarlı tərəfdaşı kimi artıq uzun müddətdir ki, Qərb dünyası ilə strateji əməkdaşlıq əlaqələri qurub: “İsraillə əməkdaşlıq isə bu xəttin bir hissəsi olaraq həm enerji təhlükəsizliyi, həm də innovasiya və müdafiə sahələrində qarşılıqlı fayda üzərində qurulub. İki ölkə arasında güclənən əməkdaşlıq, bütövlükdə, bölgədə sabitliyin qorunmasına və üçüncü tərəflər üçün də yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir. Bu tərəfdaşlıq eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və etibarlı siyasi xəttinin nəticəsidir. Cənubi Qafqazda sülhün və inkişafın təmin olunması, yalnız geosiyasi maraqların deyil, həm də dövlətlərin milli maraqlarının təmininə söykənən dialoq və əməkdaşlıqla mümkündür”.

O daha sonra əlavə edib ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın sərbəst qərarvermə qabiliyyəti və milli maraqlara əsaslanan diplomatik fəaliyyəti ölkəmizi strateji tərəfdaş kimi daha da önə çıxarır: “Bu baxımdan Azərbaycan–İsrail əməkdaşlığının möhkəmlənməsi təkcə regional deyil, qlobal təhlükəsizlik sisteminə də mühüm töhfə verir”.

Ayxan,
BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri