Icma.az
close
up
RU
Azərbaycan Çin münasibətləri: Sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi əməkdaşlıq modeli

Azərbaycan Çin münasibətləri: Sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi əməkdaşlıq modeli

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycan xarici siyasətini  balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan model üzərində qurub. Müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrini yeni istiqamətlər üzrə quran Azərbaycanın həmin ölkələrlə beynəlxalq təşkilatlar daxilində münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu yanaşma Azərbaycanın Şərq, Asiya ölkələri ilə münasibətlərini daha da inkişaf etdirməsinə şərait yaradıb. Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin tərəfdarı kimi tanınır və nüfuz qazanır. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir, ölkəmizin iştirakı olmadan bölgədə hansısa siyasi və iqtisadi layihələrin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə  etməsi, hər bir layihənin uğurlu sonluqla başa çatmasına səylər göstərməsi yeni əməkdaşlıq formatlarının yaradılmalsını və illər keçdikcə coğrafiyasının genişlənməsini şərtləndirir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə bir daha diqqəti bütün bu məqamlara yönəltdi. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verildiyi  vurğulanaraq  o da əlavə edildi ki, Azərbaycan ikitərəfli münasibətlərin dərinləşməsini xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir. Azərbaycan-Çin münasibətləri çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının rəsmi nümayəndələri Çində səfərdə oldular. Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər etdilər. Çin Xalq Respublikasının (ÇXR) Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu.
Qarşılıqlı səfərlər münasibətlərin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu səfərlər zamanı keçirilən görüşlərdə günün aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılır,  əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlər imzalanır. Hər bir sənəd münasibətlərin yeni  istiqamət üzrə inkişafında yol xəritəsidir. Prezident İlam Əliyevin  aprelin 22-də Çin Xalq  Respubilkasına dövlət səfəri çərçivəsində 20-yə yaxın  müxtəlif sahələrdə əlaqələrin inkişafına xidmət edəcək sənəd imzalandı. Həmçinin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalandı. Sənətdə də vurğulandığı kimi, hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.
Qeyd edək ki, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Hər iki tərəf münasibətlərin bütün sahələrdə inkişafında maraqlıdır. Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduqlarını dəfələrlə ifadə edib. Bu münasibətlər, yalnız iqtisadi və siyasi deyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər bir daha Azərbaycan liderinin sözügedən müsahibəsində səsləndirdiyi fikirlərin təsdiqi oldu. Prezident İlham Əliyev bildirdi ki, strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Ötən il qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də təsdiq edildi ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.
İki ölkənin iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan Çinin “Kəmər və yol” təşəbbüsünü  dəstəkləyir. Ölkəmizin  “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. Dövlət başçısı İlham Əliyev Sinxua agentliyinə müsahibəsində bu layihənin əlaqələrin inkişafına verdiyi töhfələrə diqqəti yönəldərək vurğuladı ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir: “2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.”
Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir.  ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi ilə  Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü,  qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.
Dövlət başçısı İlham Əliyev  2014-cü ildə Çinə işgüzar səfər edib. 2015-ci ildə ÇXR-də dövlət səfərində olub. 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci “Kəmər və yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Keçilən yola qısa baxış bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Əminliklə söyləyə bilərik ki, dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə  arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə öz müsbət təsirini göstərəcək.

Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi


 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri