Icma.az
close
up
RU
Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir? Kedar

Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir? Kedar

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan İsrailə dost ölkə olmaqla yanaşı, ABŞ-dən sonra ikinci ən əhəmiyyətli müttəfiqdir.

Axar.az xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar ABŞ-nin “Jewish News Syndicate” nəşrində dərc olunmuş “Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir?” adlı məqaləsində yazıb.

Qeyd edilib ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında formalaşıb və bu, iki ölkə arasında birgə fəaliyyət, strateji əməkdaşlığın rəmzinə çevrilib. Bildirilib ki, həm Azərbaycan, həm də İsrail üçün faydalı olan bu dostluq əlaqələrini qiymətləndirməmək olmaz.

Müəllifin fikrincə, Azərbaycan İsrailin Qərb müttəfiqlərindən fərqli olaraq, İsrail-Fələstin münaqişəsinə yanaşması ilə seçilir. Demək olar ki, bütün Qərb ölkələri İsrail terror aksiyalarına cavab verdiyi hallarda belə ona Fələstinlə bağlı təzyiq göstərsə də, Azərbaycan heç vaxt İsrail-Fələstin münaqişəsinin onun İsraillə münasibətlərinə mənfi təsir etməsinə imkan verməyib.

1990-cı illərin əvvəllərindən Azərbaycanın İsrailin enerji təhlükəsizliyinin əsas təminatçısı olduğu xatırladılıb. Azərbaycanın İsrailə verdiyi neftin bu ölkənin enerji təhlükəsizliyi üçün önəmli olduğu vurğulanıb. Lakin bu tərəfdaşlıqdan yalnız İsrailin faydalanmadığı, Azərbaycanın da İsrail məhsullarını daima aldığı, 2000-ci illərin sonundan Azərbaycanın İsrailin ən böyük silah idxalçısına çevrildiyi diqqətə çatdırılıb.

Məqalədə Azərbaycanın İsrail üçün başqa bir sahədə, yəni Yerusəlim və Ankara arasında vasitəçilikdə də əvəzsiz olduğu qeyd edilib. Müəllif Türkiyə və Azərbaycan xalqlarının özlərini iki dövlətdə yaşayan bir millət hesab etdiyini, Türkiyənin Azərbaycanın ən böyük müttəfiqi olduğunu yazıb. Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə yaxın əlaqələrinin onu hər iki ölkə üçün ideal vasitəçiyə çevirdiyini bildirib.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri