Icma.az
close
up
RU
İsrailin erməni soyqırımı qərarı Azərbaycan və Türkiyə üçün nə deməkdir?

İsrailin erməni soyqırımı qərarı Azərbaycan və Türkiyə üçün nə deməkdir?

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 İsrail hökuməti qondarma “erməni soyqırımı”nı rəsmən tanıyacağını açıqlayıb.  Əgər buqərar hökumət, daha sonra da parlament səviyyəsində rəsmiləşərsə, bu, Yaxın Şərq və Cənubi Qafqaz geosiyasətində son illərin ən mühüm diplomatik dəyişikliklərindən biri ola bilər. Hazırda İsrail hökuməti belə bir qərarı təsdiqləyib və onun Knessetdə səsverməyə çıxarılması planlaşdırılır.

 Bu qərar Azərbaycan -İsrail münasibətlərinə hansı təsiri göstərə bilər?

Bu addım üç istiqamətdə qiymətləndirilə bilər.

İlk olaraq deyə bilərik ki, bu qərarın əsas hədəfi Azərbaycan deyil, Türkiyədir. İsrail onilliklər ərzində “erməni soyqırımı”nı rəsmi şəkildə tanımırdı. Bunun əsas səbəbləri Türkiyə və Azərbaycanla münasibətlər idi. Lakin son iki ildə Ankara ilə Təl-Əviv arasında münasibətlər kəskin pisləşib. Qəzza müharibəsi, Suriyadakı rəqabət və qarşılıqlı ittihamlar fonunda İsrailin bu addımı daha çox Türkiyəyə siyasi mesaj kimi görünür. Yəni qərarın mərkəzində Bakıdan daha çox Ankara dayanır.

Bu qərarın Azərbaycan–İsrail münasibətlərinə təsiri məhdud ola bilər. İlk baxışdan Azərbaycanda bu qərarın narazılıq doğuracağı gözləniləndir. Lakin strateji baxımdan iki ölkəni bir-birinə bağlayan amillər kifayət qədər güclüdür. Bunlara enerji əməkdaşlığı, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq, İran amili, yüksək texnologiyalar v kənd təsərrüfatı və su texnologiyaları daxildir. Bu səbəbdən hər iki dövlətin münasibətləri ciddi böhrana aparacağı gözlənilmir. Daha real ssenari odur ki, Azərbaycan diplomatik narahatlığını ifadə edəcək, lakin strateji əməkdaşlıq davam edəcək.

Ermənistan isə bundan siyasi dividend qazanmağa çalışacaq. İrəvan bu qərarı diplomatik uğur kimi təqdim edəcək.  Bununla yanaşı, Ermənistan–İsrail münasibətlərinin dərhal strateji tərəfdaşlığa çevriləcəyini gözləmək də doğru olmaz. Çünki İsrail üçün Cənubi Qafqazda Azərbaycanın geostrateji əhəmiyyəti, enerji marşrutları və İranla bağlı təhlükəsizlik məsələləri hələ də prioritet olaraq qalır.

Bu qərar emosional baxımdan Azərbaycan ictimaiyyətində rezonans doğura bilər. Ancaq dövlətlərarası münasibətlər emosiyalarla deyil, milli maraqlarla idarə olunur. Azərbaycan və İsrail arasında son illərdə formalaşmış strateji tərəfdaşlığın əsasını təhlükəsizlik, enerji və regional geosiyasət təşkil edir. Bir tarixi-siyasi qərarın bu əməkdaşlığı tam dəyişdirəcəyini gözləmirəm. Bununla belə, münasibətlərdə müəyyən siyasi soyuqluq və qarşılıqlı izahat mərhələsi yarana bilər.

Türkiyə-İsrail əlaqələrini nə gözləyir?

Əgər İsrail qondarma “erməni soyqırımı”nı rəsmi şəkildə tanıyarsa və bu qərar hüquqi-siyasi status alarsa, bunun İsrail–Türkiyə münasibətlərinə təsiri Azərbaycan–İsrail münasibətlərindən daha güclü ola bilər.

İlk növbədə Türkiyə bunu birbaşa siyasi təzyiq kimi qəbul edəcək. Ankara uzun illərdir ki, 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasına qarşı çıxır və bunu həm tarixi, həm də hüquqi baxımdan mübahisəli hesab edir. Buna görə də İsrailin belə addımı Türkiyə tərəfindən təkcə tarixi mövqe deyil, həm də siyasi təzyiq aləti kimi qiymətləndirilə bilər.

Xüsusilə son illərdə Qəzza müharibəsi, İsrailin hərbi əməliyyatları, Türkiyənin Fələstinə açıq dəstəyi, Suriyada geosiyasi rəqabət iki ölkə arasında gərginliyi onsuz da artırıb. Bu qərar həmin gərginliyi daha da dərinləşdirə bilər. Türkiyə və İsrail arasında onsuz da xeyli pisləşmiş diplomatik münasibətlər daha da soyuya bilər. Nəticədə qarşılıqlı sərt bəyanatlar, səfirlərin məsləhətləşmələr üçün geri çağırılması və ya diplomatik təmasların məhdudlaşdırılması şahidi ola bilərik.

Bununla belə, münasibətlərin tam kəsilməsi ehtimalı aşağı görünür. Hər iki ölkənin iqtisadi və regional maraqları müəyyən səviyyədə əlaqələrin saxlanmasını zəruri edir.

Siyasi münasibətlər pisləşsə də, tarix göstərir ki, Türkiyə ilə İsrail arasında ticarət müəyyən dövrlərdə davam edib. Özəl sektor və logistika marşrutları çox vaxt siyasi böhranlardan tam asılı olmur. Bu səbəbdən siyasi gərginlik avtomatik olaraq iqtisadi əlaqələrin tam dayanacağı anlamına gəlmir.

Bu qərarın regional təhlükəsizlik üçün də problem yaradacağı istisna edilmir. İranın regional siyasəti, Suriyadakı vəziyyət, Şərqi Aralıq dənizində enerji marşrutları və terror təhlükələri kimi məsələlər gələcəkdə Ankara ilə Təl-Əvivi yenidən dialoqa məcbur edə bilər. Buna görə də hazırkı gərginliyin uzunmüddətli strateji qarşıdurmaya çevriləcəyi əvvəlcədən qəti şəkildə deyilə bilməz.

Əgər İsrail bu qərarı rəsmiləşdirsə qısamüddətli dövrdə Türkiyə–İsrail münasibətlərində ciddi siyasi böhran yarana bilər. Orta müddətdə diplomatik kanalların zəifləməsi mümkündür. Uzunmüddətli perspektivdə isə təhlükəsizlik, iqtisadiyyat və ABŞ amili səbəbindən tərəflərin müəyyən səviyyədə əməkdaşlığı bərpa etməyə çalışması ehtimalı yüksəkdir.

Başqa sözlə, bu addım simvolik baxımdan çox ciddi  əhəmiyyət daşıyır, lakin onun iki ölkə arasında bütün strateji əlaqələri tamamilə dayandıracağını indidən söyləmək üçün əsas yoxdur. Dövlətlər çox vaxt prinsipial siyasi mövqelərlə yanaşı, təhlükəsizlik və iqtisadi maraqları da nəzərə alaraq qərarlar qəbul edirlər.

“Analitik” Təhlil Mərkəzi

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 İyun 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri