Azərbaycan İsral kinematoqrafçılarının birgə filmi təqdim olunub
Icma.az bildirir, Apa.az portalına istinadən.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Azərbaycan-İsrail Beynəlxalq Assosiyasiyasının” (Azİz) təşkilatçılığı ilə Azərbaycan-lsraili kinematoqrafçılarının birgə istehsalı olan “Sevgimizin yolları” filminin təqdimatı keçirib.
APA xəbər verir ki, tədbirdə tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.
“Sholumi”(İsrail) studiyasının məhsulu olan ekran əsərində Azərbaycan əsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edilir, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur. Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov (Azərbaycan), prodüsser Shaul Siman-Tovdur (İsrail), operatorları Royal Quluzadə, Vusal Nazimoğlu və Sərxan Mədətlidir (Azərbaycan).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 İyul 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















