Icma.az
close
up
RU
Azərbaycan istənilən vaxt xarici borcunu tam şəkildə ödəyə biləcək potensiala malikdir Deputat

Azərbaycan istənilən vaxt xarici borcunu tam şəkildə ödəyə biləcək potensiala malikdir Deputat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Xarici borcun Ümumi Daxili Məhsuldakı (ÜDM) payına görə Azərbaycan dünyada ən yaxşı göstəricilərə malik ilk on ölkə sırasında yer alır. Bu, ölkənin iqtisadi sabitliyini və təhlükəsizlik strategiyasının uğurlu həyata keçirildiyini göstərən mühüm amillərdəndir. Son illərdə həm dövlət rezervlərinin artması, həm də xarici borcun effektiv şəkildə tənzimlənməsi, bu istiqamətdə məqsədyönlü siyasətin aparıldığını təsdiqləyir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin "biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" fikirlərini şərh edərkən bildirdi.

Deputatın sözlərinə görə, hazırda Azərbaycanın dövlət rezervləri 75 milyard ABŞ dollarına yaxınlaşır.

"Bu, iqtisadiyyatda gözlənilməz risklərə qarşı bir növ “təhlükəsizlik yastığı” rolunu oynayır. Eyni zamanda nəzərə almaq lazımdır ki, ÜDM-də də artım tempi qorunub saxlanılıb. Belə ki, 2024-cü ildə iqtisadi artım 4.1% təşkil edib və bu, əvvəlcədən proqnozlaşdırılandan daha yüksək nəticədir.

Bu kontekstdə xarici borcun idarə olunması siyasəti davam etdirilir. Nəticə etibarilə, borcun ÜDM-dəki payı tənzimlənmiş və qənaətbəxş səviyyədə saxlanılır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan istənilən vaxt heç bir maliyyə çətinliyi çəkmədən xarici borcunu tam şəkildə ödəyə biləcək potensiala malikdir.

Lakin hazırkı mərhələdə prioritetlərə xarici borcun azalmasından daha çox dövlət rezervlərinin artırılması və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın qorunub saxlanılması daxildir. Bu, Azərbaycanın həm iqtisadi sabitliyini, həm də beynəlxalq nüfuzunu gücləndirən əsas faktorlar sırasındadır. Nəticə etibarilə, ölkəmiz xarici borcun ÜDM-dəki payı baxımından iqtisadi təhlükəsizliyini uğurla təmin edən və bunu davamlı şəkildə gücləndirən dövlətlərdən biridir", - deyə Vüqar Bayramov qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyul 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri