Icma.az
close
up
RU
Bank borcunu ödəyə bilməyənlərə XƏBƏRDARLIQ

Bank borcunu ödəyə bilməyənlərə XƏBƏRDARLIQ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşların sayı artdıqca, bankların borclulara tətbiq etdiyi güzəştlər və məhkəmə mexanizmləri yenidən gündəmə gəlir. Xüsusilə restrukturizasiya şərtləri, məhkəməyə müraciət müddətləri və icra prosesində tutulmaların qanuni hədləri ən çox cavab axtarılan suallardandır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bankların borclulara güzəşt etmək, ödəniş cədvəlini dəyişmək, faizi dondurmaq və ya müddəti uzatmaq (restrukturizasiya) kimi hüquqi bir vəzifəsi yoxdur:
"Güzəştlər müştəriyə acıdıqları üçün deyil, bankın öz maraqlarına görə edilir…"
"Banklar güzəştləri tamamilə könüllü şəkildə həyata keçirirlər. Müştərinin vəziyyətini nəzərə alaraq güzəştə getmək yalnız xüsusi hallarda – xəstəlik, eləcə də ölkə qarşısında xüsusi xidmətləri olan şəxslərə (məsələn, qazilərə) şamil edilir. Başqa hallarda bank birbaşa öz kommersiya maraqlarını düşünür.
Restrukturizasiya əksər hallarda müştəriyə “yazığı gəldiyi” üçün deyil, məhkəmə xərclərindən və vaxt itkisindən yayınmaq üçün edilir. Bank görür ki, müştəri hazırda ödəyə bilmir, lakin ona müəyyən vaxt verilsə, ödəniş qabiliyyətini bərpa edəcək. Yaxud borclunun kifayət qədər girovu və ya zamini yoxdursa, bank anlayır ki, məhkəməni udsa belə real nəticə əldə edə bilməyəcək. Lakin bank güzəştin faydasız olduğunu və müştərinin heç bir halda ödəniş edə bilməyəcəyini görərsə, bu addımdan imtina edir".
"İddia müddəti 1 ildir, lakin bank ertəsi gün də məhkəməyə verə bilər"
Ekspert məhkəməyə müraciət müddətləri və prosedurlarına da aydınlıq gətirib:

"Qanunvericiliyə əsasən, istehlak kreditləri üzrə iddia müddəti 1 ildir. Yəni ödənişlər gecikdirildikdə bank maksimum 1 il ərzində məhkəməyə müraciət etməlidir, əks halda iddia müddətini buraxmış olur. Amma bu o demək deyil ki, bank mütləq 1 il gözləməlidir. Danışıqların fayda verməyəcəyi bəlli olarsa, bank ertəsi gün də məhkəməyə müraciət edə bilər. Əlbəttə ki, rüsumlar, işçi qüvvəsi və zaman itkisi səbəbindən məhkəmə prosesi banka da sərf etmir, buna görə əvvəlcə məsələni danışıqlar yolu ilə həll etməyə çalışırlar".
Məhkəmə qərarından sonra borc necə tutulur?
Əkrəm Həsənov məhkəmə qərarından sonra icra prosesində borcun ödənilməsi qaydalarını və vətəndaşın hansı əmlaklarına toxunula bilməyəcəyini xüsusi vurğulayıb:
"Məhkəmə qərarı çıxdıqdan sonra icra prosesində borclunun əməkhaqqı, pensiya və ya digər gəlirlərindən maksimum 50 faiz tutula bilər. Hətta bir neçə banka borc olsa belə, ümumi tutulma faizi 50-ni keçə bilməz. Yalnız vətəndaşın aliment öhdəliyi də varsa, ümumi tutulma həddi 70 faizə qədər yüksələ bilər.
Əmlaka gəldikdə, girov qoyulmuş əmlak birbaşa tutulmaya yönəldilir. Girov olmayan başqa əmlaklar da icraçı tərəfindən hərəcda satılaraq borca yönəldilə bilər. Lakin burada mühüm istisnalar var: vətəndaşın yeganə mənzili (girov qoyulmayıbsa), eləcə də gündəlik tələbat əşyaları – soyuducu, televizor, geyimləri müsadirə oluna bilməz. Qalan digər əmlaklar isə satılaraq bank borcunun ödənilməsinə yönəldilə bilər".
Ayşəm Rüstəmli, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Sentyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri