Icma.az
close
up
RU
Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib

Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan İstiqlal Muzeyində II Dünya müharibəsində əldə edilən qələbənin 80 illik yubileyi münasibətilə “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, II Dünya müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük rolu olub. Xalqımız 600 mindən çox oğul və qızlarını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.

Sərgidə Sovet İttifaqı qəhrəmanları Mehdi Quliyevin, Həzi Aslanovun şəxsi əşyaları, kontr-admiral Cəlil Cavadovun, həmçinin muzeyin fondlarında qorunub saxlanılan mövzulu plakat nümunələri, Xalq rəssamı Altay Hacıyevin rəsm əsərləri və Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin əsərləri nümayiş olunub. Bununla bərabər Azərbaycan İstiqlal Muzeyinə ailə üzvləri tərəfindən sərgi üçün verilən Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovun, 416-cı Taqanroq diviziyası komandirinin siyasi iş üzrə müavini polkovnik Rəşid Məcidovun , “Mixaylo” kimi tanınan partizan hərəkatının fəal iştirakçısı Mehdi Hüseynzadənin, Bradenburq qapıları üzərində bayrağı qaldıran ilk azərbaycanlılardan biri olan Əhməd Məcidovun və digər partizan hərəkatı iştirakçılarının şəxsi sənədləri, materialları sərgilənib.

Tədbirdə Mehdi Hüseynzadənin yaxın qohumu Mehdi Əzizbəyov, Əhməd Məcidovun oğlu Ramzes Məcidov, Rəşid Məcidovun nəvəsi Məryam Məcidova və digərləri çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see241

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see180

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see168

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see156

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see145

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see144

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see142

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see142

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see132

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see132

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see129

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see125

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see124

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see122

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri