Icma.az
close
up
RU
İstiqlal Muzeyində tədbir Cəbhədən fotolarla Çanaqqala döyüşləri VİDEO

İstiqlal Muzeyində tədbir Cəbhədən fotolarla Çanaqqala döyüşləri VİDEO

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, qardaş ölkənin Bakıdakı səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə qonaqlar “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” sərgisinə baxıblar. Sərgidə Çanaqqala döyüşlərinin gedişatını, əsgərlərin qəhrəmanlığını əks etdirən arxiv fotoşəkillər nümayiş olunub.

Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbir iki qardaş ölkə - Azərbaycan və Türkiyənin ortaq tarixi yaddaşını, qəhrəmanlıq ənənələrini və milli mübarizə ruhunu bir daha xatırlatmaq məqsədi daşıyır.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Bakı Yunus Əmrə İnstitutunun müdiri Gökhan Seyhan, Çanaqqala Müharibələri Gelibolu Tarixi Ərazi İdarəsinin sədri İsmayıl Kaşdemir, Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrindən və Çanaqqala savaşında qazanılmış tarixi zəfərdən bəhs ediblər.

Çıxış edənlər vurğulayıblar ki, Çanaqqala zəfəri təkcə Türkiyə xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyidir. Bu döyüşlər həm qardaşlığın, həm də birliyin sarsılmaz təcəssümüdür. Bildirilib ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birinə dayaq olub, bu gün də eyni amal uğrunda birgə irəliləyirlər.

Tədbirdə, həmçinin şəhidlərin xatirəsi ehtiramla yad edilib, onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb.

Sonra tədbir panel hissə ilə davam edib.

Panel proqramında Türkiyədən Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin planlaşdırma və layihə qrup sədri Yusuf Kartal, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova çıxış edərək Çanaqqala döyüşlərinin tarixi, strateji əhəmiyyəti və Türk dünyasının birliyində oynadığı roldan danışıblar.

Proqram çərçivəsində iştirakçılar Çanaqqala Döyüşləri Mobil Muzeyini də ziyarət ediblər. Mobil muzeydə döyüşlərə dair orijinal fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunur.

Çanaqqala Döyüşləri Mobil Muzeyi layihəsi 2020-ci il iyulun 2-dən etibarən fəaliyyətə başlayaraq, Türkiyənin dörd bir yanında nümayiş etdirilməyə başlayıb. Özünüzü sanki Çanaqqala müharibəsi dövründə cəbhədəymiş kimi hiss etməyiniz, o ruhu yaşamağınız və həmin günlərə bir qədər də olsa şahidlik etməyiniz məqsədilə gerçəyə mümkün qədər yaxın şəkildə canlandırılmış bu layihə, müxtəlif amillər nəzərə alınaraq hazırlanıb.

Layihə çərçivəsində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilən bu treyler; səs effekti, ab-havası və dizaynı ilə əbədiyaşar Çanaqqala ruhunu Türkiyənin və dünyanın dörd bir tərəfinə daşımağı hədəfləyir.

Sərgi və Mobil muzey oktyabrın 25-dək Azərbaycan İstiqlal Muzeyində ziyarətçilər üçün açıq olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see299

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri