Azərbaycan İtaliya və Niderlanda qara kürü ixracına başlayıb
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 905 min ABŞ dolları dəyərində 0,9 ton qara kürü (nərə balıqlarının kürüsü) ixrac edib.
XQ xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 168 min ABŞ dolları dəyərində 0,2 ton (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 148,6 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 0,6 % az) 0,15 ton (+7 %), Qətərə 120 min ABŞ dolları dəyərində 0,1 ton (1 il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 116,7 min ABŞ dolları dəyərində (+50 %) 0,2 ton (+42 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 90,7 min ABŞ dolları dəyərində (+30 %) 0,05 ton (+25 %) qara kürü satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderland (47,4 min ABŞ dolları dəyərində 0,05 ton) və İtaliyaya tədarük (3,2 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Avqust 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















