Icma.az
close
up
RU
Azərbaycan jurnalistikasına dəyərli töhfə

Azərbaycan jurnalistikasına dəyərli töhfə

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Əbülfəz Babazadə mətbuat aynasında” kitabı işıq üzü görüb

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş sanballı bir nəşr – “Əbülfəz Babazadə mətbuat aynasında” adlı kitab nəşr edilib.

Kitabın tərtibçisi və ideya müəllifi Prezident Kitabxanasının Kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri Sonaxanım Abasova, redaktorları “Bakinskiy raboçiy” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlqar Hüseynov və AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızıdır. 

Nəşrdə 1999-cu ildən 2025-ci ilin əvvəllərinə qədər Əbülfəz Babazadənin mətbuatda dərc olunan 1400 yaxın məqalə, analitik yazı və müsahibələrinin biblioqrafik göstəricisi yer alır. Kitabda, həmçinin müəllifin həyat və yaradıcılığına dair əsas tarixlər, tanınmış alim və ziyalıların onun haqqında fikirləri, eləcə də onun jurnalist və tədqiqatçı kimi fəaliyyəti haqqında qiymətli rəylər toplanmışdır.

Kitabın ön sözündə vurğulandığı kimi, bu biblioqrafik toplu yalnız bir jurnalistin fəaliyyət salnaməsi deyil, eyni zamanda müasir Azərbaycan mətbuatının inkişaf panoramasını əks etdirən bir sənədli mənbədir. Burada siyasi publisistika, milli mədəniyyət, beynəlxalq münasibətlər, Qərbi Azərbaycan, Qarabağ və müasir informasiya mübarizəsi kimi çoxsaylı aktual mövzularda müəllifin qələmə aldığı yazılar oxuculara təqdim olunur.

Əbülfəz Babazadənin siyasi və ictimai fikrə təsir göstərən yazıları həm mətbuat sahəsində, həm də kulturologiya, tarix, musiqi, xoreoqrafiya və pedaqogika sahələrində aparılan elmi-publisistik fəaliyyətin bariz nümunəsidir. Kitabda təqdim olunan məqalələr onların müəllifinin sözə məsuliyyətlə yanaşan, milli dəyərləri qoruyan və təbliğ edən bir ziyalı olaraq formalaşdığını sübut edir.

“Əbülfəz Babazadə mətbuat aynasında” kitabı jurnalistlər, tədqiqatçılar, kulturoloqlar, tələbələr və Azərbaycan mətbuat tarixi ilə maraqlanan hər kəs üçün əvəzsiz bir mənbədir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri